Subay vaxtı alınan maşın boşanmada bölünürmü? - Vəkil AÇIQLADI
28 İyul 2026, 14:45
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
1019
09.02.2026, 23:07
Cəmiyyətdə tez-tez rast gəlinən, lakin hüquqi tərəfləri çox zaman tam bilinməyən məsələlərdən biri də ailə başçısının ölümü nəticəsində ailə üzvlərinə dəyən maddi ziyanın ödənilməsi ilə bağlıdır. Yol-nəqliyyat hadisəsi, cinayət əməli və ya iş yerində baş vermiş bədbəxt hadisə nəticəsində ailə başçısının həlak olması ailənin dolanışıq mənbəyini bir anda əlindən alır. Belə hallarda dövlət və qanun ailə üzvlərinin hüquqlarını necə qoruyur?
Oxu24.com xəbər verir ki,məsələyə hüquqi müstəvidən yanaşdıqda qeyd etmək lazımdır ki, bu münasibətlər Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə tənzimlənir.
Xüsusilə Mülki Məcəllənin 1100, 1120 və 1122-ci maddələrində ailə başçısının ölümü nəticəsində zərərçəkmiş şəxslərə dəyən ziyanın ödənilməsi qaydaları ətraflı şəkildə müəyyən edilib. Daha geniş məlumat almaq istəyənlər həmin maddələrlə birbaşa tanış ola bilərlər.
Qanunvericiliyə əsasən, ailə başçısının ölümü təqsirli hərəkət nəticəsində baş veribsə və bu təqsir məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təsdiqlənibsə, zərərin ödənilməsi hüququ yaranır.
Bu hüquqdan istifadə edə bilən şəxslər sırasında ölənin həyat yoldaşı, yetkinlik yaşına çatmayan uşaqları, habelə qanunla müəyyən edilmiş digər ailə üzvləri yer alır.
Zərərçəkmiş ailə üzvləri təqsirkar şəxsi mülki qaydada məhkəməyə verərək ailə başçısının sağlığında əldə etdiyi gəlirlərin əvəzinin ödənilməsini tələb edə bilərlər.
Buraya ölənin sağ olduğu dövrdə aldığı aylıq əməkhaqqı, habelə pensiya və ya müavinət kimi daimi gəlir mənbələri daxildir. Bu ödənişlər birdəfəlik deyil, aylıq xarakter daşıyır və qanunda nəzərdə tutulmuş müddətlər ərzində həyata keçirilir.
Belə ki, yetkinlik yaşına çatmayan uşaqlara bu ödənişlər onların 18 yaşına çatana qədər verilir. Əgər uşaq əlildirsə, ödənişlər əlillik müddəti ərzində davam etdirilir. Həyat yoldaşı isə qanunda nəzərdə tutulan şərtlər daxilində bu hüquqdan istifadə edə bilər.
Nəticə etibarilə, ailə başçısının ölümü ilə bağlı maddi zərərin ödənilməsi məsələsi təsadüfi yanaşma ilə deyil, dəqiq hüquqi mexanizmlər əsasında həll olunur. Bu sahədə əsas hüquqi baza isə Mülki Məcəllənin müvafiq maddələridir və hər bir zərərçəkmiş şəxs həmin normalara əsaslanaraq öz hüququnu məhkəmə qaydasında tələb edə bilər.
Hazırladı: Nigarxanım
00:01 / 29 İyul 2026
3
23:54 / 28 İyul 2026
37
22:39 / 28 İyul 2026
41
22:39 / 28 İyul 2026
59
22:26 / 28 İyul 2026
66
22:20 / 28 İyul 2026
72
21:57 / 28 İyul 2026
63
21:48 / 28 İyul 2026
73
21:26 / 28 İyul 2026
69
21:05 / 28 İyul 2026
75
20:53 / 28 İyul 2026
67
20:26 / 28 İyul 2026
70
20:08 / 28 İyul 2026
70
19:48 / 28 İyul 2026
190
19:44 / 28 İyul 2026
84
19:38 / 28 İyul 2026
445
19:28 / 28 İyul 2026
552
19:24 / 28 İyul 2026
82
19:19 / 28 İyul 2026
148
19:14 / 28 İyul 2026
87
19:12 / 28 İyul 2026
80
18:34 / 28 İyul 2026
89
17:55 / 28 İyul 2026
82
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.