Goranboyda "VAZ" AŞDI-Foto
11 Aprel 2026, 20:40
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1038
09.02.2026, 21:05
Qarşıdan Novruz bayramı gəlir. Adətən bu bayramda ən çox qoz-fındıq yeyilir, həm şirniyyatların içərisində, həm də tək halda.Mütəxəssislər qeyd edir ki, qoz- fındıq ürək üçün nə qədər yaxşı təsirə malikdirsə, qaraciyərə də bir o qədər ziyandır.
“Siz necə düşünürsünüz, qoz fındıq qaraciyər üçün zərərlidirmi?” sualına qida məsələləri üzrə ekspert Ağa Salamov cavablandırıb.
c
"Bütün dünya tibb nəşrləri, eləcə də ölkəmizdəki həkimlər tibbi məqalələrində qozun, fındığın orqanizm üçün faydalarını dəfələrlə göstəriblər.Oxuduğum materialların içində qozun əslində zehnimiz üçün olduqca faydalı qida olduğuna rast gəlmişəm. Yazırlar ki, qoz eyni zamanda beyni iltihabdan qorumağa kömək edir. Həmçinin beyin funksiyasını dəstəkləyən qidaları özündə ehtiva edir. Beyin funksiyasının inkişafı, zehni elastiklik və daha yaxşı yaddaş üçün olduqca təsirlidir.
Amma şəkər xəstələri, mədə-bağırsaq xorası olanlar, cərrahiyə əməliyyatı keçirənlər köklükdən əziyyət çəkən və yaxud köklüyə meyilli insanlar daha çox istifadə edir ki, bu da onların səhhətində müəyyən qədər problemlər yarada bilər. Bu tip xəstəliklərdən əziyyət çəkən insanlar qoz və fındığı, həmçinin digər çərəzləri, yüngülvari, yəni gündəlik deyil , arabir rasionlarına sala bilərlər. Yəqin, hamı bilir ki, fındıq zülalla, mürəkkəb karbohidratlarla, hüceyrəli və doymamış yağlarla zəngindir. Qozda olan “omeqa 3” yağının miqdarı da əhəmiyyətli dərəcədə yüksəkdir.
Həmçinin oxuyun
Amma qozu-fındığı bol olan bayram günlərində sutkada 2-3 ədəddən artıq qoz-fındıq yeyilməməlidir ki, üstünə “təcili tibbi yardım” maşını da çağırılmasın. Çox yeyərsən, əlbəttə ki, qoz- fındıq da tərkibində yağı var, kalorisi var, axı. Bu da qaraciyərin prosesini gecikdirir, onu yükləyir və orqanizmdə növbəti xəstəliklərin boy göstərməsinə şərait yaradır.
Əslinə qalanda sağlam adamlar üçün qozun zərərləri mümkündür. Sağlam adam həddindən artıq bu nemətdən yeyərsə və ya fərdi həssaslığı ilə bağlı problemləri varsa (allergik) qoz -fındığı az-az istehlak etməlidir.
İkinci bir diqqət edilməli nüans isə, bir çox qurudulmuş meyvələr, o cümlədən , qoz və fındıq kiflənmiş olur və insanlar bunun fərqinə varmadan onu yeyir.
Amma yaydan qurudulub qışa qədər saxlanılmış elə məhsullar var ki, onları heç sağlam adamda yeməməlidir. Bunlar kiflənmiş məhsullardır ki, kiflənəndə bunu ümumiyyətlə, yemək olmaz. Baxmayaraq ki, qoz, sinir sisteminə ürək-damar xəstəliklərinə ən yaxşı əlacdır, amma kiflənibsə, bu orqanizm üçün zəhərdən başqa bir şey deyil.
Bu qaydalara əməl edilərsə, nə Novruz Bayramında şirniyatlara tamarzı qalmazsınız, nə də qoz -fındığı rasionunuzdan çıxartmaq məcburiyyətində olmazsınız.
Əntiqə Rəşid
20:53 / 11 Aprel 2026
8
20:40 / 11 Aprel 2026
20
20:28 / 11 Aprel 2026
35
20:10 / 11 Aprel 2026
57
19:46 / 11 Aprel 2026
54
19:36 / 11 Aprel 2026
66
19:26 / 11 Aprel 2026
58
19:16 / 11 Aprel 2026
69
19:05 / 11 Aprel 2026
142
18:34 / 11 Aprel 2026
69
18:14 / 11 Aprel 2026
84
18:02 / 11 Aprel 2026
113
17:40 / 11 Aprel 2026
317
16:09 / 11 Aprel 2026
1566
16:05 / 11 Aprel 2026
705
16:00 / 11 Aprel 2026
423
13:04 / 11 Aprel 2026
196
12:43 / 11 Aprel 2026
2538
10:58 / 11 Aprel 2026
124
10:57 / 11 Aprel 2026
120
10:26 / 11 Aprel 2026
109
10:25 / 11 Aprel 2026
142
10:23 / 11 Aprel 2026
107
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.