Xalq artistinin kürəkəni ilə bağlı QƏRAR
13 Noyabr 2026, 15:37
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
735
09.02.2026, 23:23
Rəqəmsallaşma artdıqca şirkətlərin topladığı məlumatların həcmi də sürətlə böyüyür. Müştəri bazaları, maliyyə sənədləri, daxili yazışmalar və kommersiya sirrləri artıq əsasən rəqəmsal mühitdə saxlanılır. Bu isə kiberhücum risklərini daha da artırır. Son illərdə həm dünyada, həm də regionda şirkət məlumatlarının sızması ilə bağlı çoxsaylı hallar qeydə alınıb.
Məsələyə aydınlıq gətirən İT mütəxəssisi Natiq Məmişov Oxu24.com-a bildirib ki,ümumiyyətlə, məlumatların sızması klassik hallarda baş verir. Məsələn, istifadəçini aldadıb giriş məlumatını alırlar və yaxud şirkət e-poçtunu ələ keçirə bilirlər.
"İnterneti açıq sistemlərdə, servislərdə, əsasən də, veb tətbiqlərdə boşluqlar olur. Ola bilər ki, siz Vendor və Partnyor proqramları ilə işləyirsiniz, amma üçüncü tərəfin proqram təminatları zəifdir. O formada sizə hansısa məlumatı bölüşəndə oradan götürə bilirlər. Bu ilk mərhələdir.
Ən çox risk altında olan məlumatlar müştərinin özünün şəxsi məlumatlarıdır. Ad, soyad, FİN, əlaqə məlumatları, müqavilənin detalları, giriş məlumatlarıdır. Məsələn, siz bir sistemə keçirdiniz. Zəncirvari olaraq digər sistemlər üçün yol açıla bilər. Texniki sənədlər ola bilər, strategiya ola bilər, daxili, məxfi yazışmalar ola bilər.
Azərbaycanda isə bunun 2 əsas növü var: hesabatlılıq və ölçü metodu.
Burada daha çox rast gəlinən problemlər də əsasən eyni olur. Məsələn, qeyri-müəyyənlikdir, riskin zəif idarə edilməsidir, insident zamanı prosedurunun olmamasıdır, yəni bir planın olmamasıdır, dəyişikliklərin və ya girişlərin auditinin zəifliyidir",-deyə ekspert bildirib.
Çimnaz Telmanqızı
00:40 / 14 Noyabr 2026
95
00:02 / 14 Noyabr 2026
382
23:58 / 13 Noyabr 2026
90
23:49 / 13 Noyabr 2026
89
23:40 / 13 Noyabr 2026
102
23:28 / 13 Noyabr 2026
102
23:22 / 13 Noyabr 2026
97
23:17 / 13 Noyabr 2026
240
23:09 / 13 Noyabr 2026
112
23:05 / 13 Noyabr 2026
102
23:02 / 13 Noyabr 2026
159
22:53 / 13 Noyabr 2026
112
22:49 / 13 Noyabr 2026
105
22:41 / 13 Noyabr 2026
105
22:36 / 13 Noyabr 2026
124
22:18 / 13 Noyabr 2026
112
22:13 / 13 Noyabr 2026
108
22:03 / 13 Noyabr 2026
673
21:43 / 13 Noyabr 2026
989
21:36 / 13 Noyabr 2026
114
21:29 / 13 Noyabr 2026
144
21:24 / 13 Noyabr 2026
374
21:03 / 13 Noyabr 2026
122
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.