Süni intellekt brauzerlərində yaratdığı əsas təhlükə
28 İyul 2026, 22:20
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
884
09.02.2026, 23:13
Xəbər verdiyimiz kimi, Azərbaycanda əmək pensiyalarının artırılması ilə bağlı yeni mexanizm tətbiq olunub. Pensiyalar 2025-ci il üzrə ölkədə orta aylıq əməkhaqqının illik artım tempinə uyğun olaraq 9,3 faiz indeksləşdirilib və bu artım 2026-cı ilin 1 yanvar tarixindən qüvvəyə minib.
Oxu24.com xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin açıqlamasına əsasən, Prezident İlham Əliyevin “Əmək pensiyalarının indeksləşdirilməsi haqqında” imzaladığı Sərəncama uyğun olaraq 2026-cı il yanvarın 1-dək təyin edilmiş bütün pensiyalar Dövlət Statistika Komitəsinin təqdim etdiyi rəsmi məlumatlar əsasında artırılır. Pensiyaçıların bu artımdan yararlanması üçün hər hansı müraciət etməsinə və sənəd təqdim etməsinə ehtiyac yoxdur. Artımlar elektron sistem vasitəsilə avtomatik şəkildə hesablanır.
Nazirlik bildirir ki, yanvar ayı üzrə pensiyalara edilən artımlar fevral ayının pensiyası ilə birlikdə ödəniləcək. Bu isə o deməkdir ki, pensiyaçılar fevral ayında həm yeni, artırılmış pensiya məbləğini, həm də yanvar ayına düşən artım fərqini eyni vaxtda alacaqlar. İndeksləşdirmə bütün pensiyaçıları, o cümlədən hərbi qulluqçuları, hüquq-mühafizə orqanlarının əməkdaşlarını və digər kateqoriyaları əhatə edir. Ümumilikdə artım 1,1 milyon pensiyaçıya şamil olunur və bunun üçün dövlət büdcəsindən illik əlavə 640 milyon manat vəsait ayrılıb.
Bununla yanaşı, sığortaolunanların fərdi hesablarında 2026-cı il yanvarın 1-dək toplanmış pensiya kapitalları da ötən il üzrə istehlak qiymətləri indeksinə uyğun olaraq 5,6 faiz artırılıb. Bu artım sosial sığorta sistemində iştirak edən şəxslərin gələcək pensiya təminatının dövlət tərəfindən də dəstəkləndiyini göstərir.
Mövzu ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı-ekspert Akif Nəsirli NOCOMMENT.az-a bildirib ki, əmək pensiyalarının indeksləşdirilməsi “Əmək pensiyaları haqqında” qanuna əsasən hər il həyata keçirilir və bu mexanizm əvvəlki ildə ölkə üzrə orta aylıq əməkhaqqının artım faizinə uyğunlaşdırılır. Onun sözlərinə görə, 2025-ci ildə orta əməkhaqqının 9,3 faiz artması pensiyalarda da eyni səviyyədə artımın tətbiq olunmasına hüquqi əsas yaradıb və bu, pensiyaçıların gəlirlərinin inflyasiya fonunda qorunmasına xidmət edir: “İndeksləşdirmə bütün növ əmək pensiyalarına — yaşa görə, əlilliyə görə və ailə başçısını itirməyə görə pensiyalara şamil olunur. Yəni pensiyanın növündən asılı olmayaraq, əmək pensiyası alan hər bir vətəndaş bu artımdan yararlanır. Xüsusilə aşağı və orta pensiya alan şəxslər üçün bu artım mühüm sosial əhəmiyyət daşıyır, çünki qiymət artımları fonunda pensiyaçıların alıcılıq qabiliyyətinin müəyyən qədər qorunmasına imkan yaradır. Fərdi pensiya kapitallarının indeksləşdirilməsi gələcəkdə vətəndaşların daha yüksək pensiya almasına müsbət təsir göstərəcək”.
00:01 / 29 İyul 2026
3
23:54 / 28 İyul 2026
37
22:39 / 28 İyul 2026
41
22:39 / 28 İyul 2026
59
22:26 / 28 İyul 2026
66
22:20 / 28 İyul 2026
72
21:57 / 28 İyul 2026
63
21:48 / 28 İyul 2026
73
21:26 / 28 İyul 2026
69
21:05 / 28 İyul 2026
75
20:53 / 28 İyul 2026
67
20:26 / 28 İyul 2026
70
20:08 / 28 İyul 2026
70
19:48 / 28 İyul 2026
190
19:44 / 28 İyul 2026
84
19:38 / 28 İyul 2026
445
19:28 / 28 İyul 2026
552
19:24 / 28 İyul 2026
82
19:19 / 28 İyul 2026
148
19:14 / 28 İyul 2026
87
19:12 / 28 İyul 2026
80
18:34 / 28 İyul 2026
89
17:55 / 28 İyul 2026
82
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.