Azərbaycan şahmatçısı Nərmin Abdinova Avropa çempionatında qızıl medal qazanıb
11 Noyabr 2026, 22:07
Qaynar xətt:
(+99450) 247 90 86
İDMAN
955
25.02.2026, 10:49
UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Nyukasl"a uduzaraq ( 1:6, 2:3) avrokuboklarda çıxışını başa vuran "Qarabağ"ın hansı futbolçularla vidalaşacağı bəllidir.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, komandanın baş məşqçisi Qurban Qurbanov səviyyənin yüksəldilməsində israrlıdır və bu səbəbdən cari mövsümün sonunda heyətdə köklü dəyişikliklər etməyi planlaşdırır.
Yerli oyunçulardan mərkəz müdafiəçisi Bədavi Hüseynov karyerasını bitirəcəksə, bu mövsüm komandaya fayda verməyən hücumçu Ramil Şeydayevlə müqavilə yenilənməyəcək.
Bir müddət öncə Çinə yollanmağa yaxın olan stopper Bəhlul Mustafazadənin gələcək taleyi hazırda qeyri-müəyyəndir. Zədə səbəbindən məşqlərə qatılmayan milli üzvü yeni çağırışları nəzərdən keçirməkdə, legioner həyatı yaşamaqda maraqlıdır.
Legionerlərə gəlincə, 53 yaşlı mütəxəssis Zaqreb "Dinamo"sundan cari mövsümün sonunadək icarəyə götürülən mərkəz müdafiəçisi Sami Mmayenin və dayaq yarımmüdafiəçisi Kris Kuakunun da komandada qalmasını vacib saymır.
Ağdam təmsilçisi hazırda idman intizamını pozduğu üçün əvəzedici komandaya göndərilən 29 yaşlı mərakeşlinin transfer hüquqlarına yiyələnməyə can atmayacaqsa, arzulanan performansla yadda qalmayan Kuakunun da yayda icarəyə veriləcəyi və ya satılacağı gözlənilir.
Xorvatiya əsilli almaniyalı qapıçı Fabian Buntiçin də yeni "futbol ili"nə "Qarabağ"da başlamaq ehtimalı çox azdır.
Yarımmüdafiəçi Marko Yankoviç və polşalı qolkiper Mateuş Koxalski isə rəsmi təklif gələcəyi halda, satılacaqlar.
20:50 / 13 Noyabr 2026
1
20:41 / 13 Noyabr 2026
47
20:37 / 13 Noyabr 2026
48
20:35 / 13 Noyabr 2026
17
20:20 / 13 Noyabr 2026
68
20:09 / 13 Noyabr 2026
181
20:06 / 13 Noyabr 2026
67
20:05 / 13 Noyabr 2026
74
19:58 / 13 Noyabr 2026
160
19:53 / 13 Noyabr 2026
176
19:41 / 13 Noyabr 2026
104
19:38 / 13 Noyabr 2026
573
19:35 / 13 Noyabr 2026
92
19:30 / 13 Noyabr 2026
306
19:28 / 13 Noyabr 2026
137
19:23 / 13 Noyabr 2026
97
19:05 / 13 Noyabr 2026
98
18:59 / 13 Noyabr 2026
101
18:59 / 13 Noyabr 2026
95
18:50 / 13 Noyabr 2026
95
18:38 / 13 Noyabr 2026
111
18:31 / 13 Noyabr 2026
93
18:26 / 13 Noyabr 2026
97
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.