Valideyn aliment ödəməzsə, öhdəlik kimin üzərinə düşür? – Vəkildən vacib AÇIQLAMA
27 İyul 2026, 13:15
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
59
27.07.2026, 12:30
Cəmiyyətdə mülkiyyət əleyhinə olan cinayətlərlə bağlı hüquqi maarifləndirmənin aparılması böyük əhəmiyyət kəsb edir. Çünki bir çox vətəndaşlar oğurluq, soyğunçuluq və dələduzluq kimi əməllərin hüquqi fərqlərini dəqiq bilmirlər. Bu hal isə zərərçəkən şəxslərin hüquqlarının qorunmasında və ya əmələ düzgün hüquqi qiymət verilməsində müəyyən çətinliklər yaradır. Qanunvericilikdə hər bir cinayət tərkibi üçün xüsusi hədlər və fərqləndirici əlamətlər müəyyən olunub. Xüsusilə də dəyən zərərin məbləği əməlin inzibati xəta və ya cinayət hesab olunmasında həlledici rol oynayır. Vətəndaşların bu incəlikləri bilməsi gələcəkdə qarşılaşa biləcəkləri hüquqi problemlərin həllini asanlaşdırır. Məsələ ilə bağlı Ali Məhkəmənin Plenum qərarlarında da aydın izahlar öz əksini tapmışdır. Hüquq-mühafizə təcrübəsində geniş rast gəlinən bu mövzu yenidən gündəmə gətirilib.
Mövzu ilə bağlı Oxu24.com-a vəkil Xəyalə Cəfərova məsələnin hüquqi tərəflərini şərh edib.
Vəkil bildirib ki, oğurluq və soyğunçuluq cinayətləri özgənin əmlakını hüquqa zidd olaraq mənimsəmək xarakteri daşısa da, onların başvermə üsulunda ciddi fərqlər var:
"Oğurluq – törədən şəxsin öz əməlinin gizli olduğunu dərk etməsi ilə baş verir. Yəni şəxs kənar şəxslərin və ya mülkiyyətçinin yanında əmlakı götürərkən bunun gizli qaldığını düşünürsə, bu əməl oğurluq sayılır. Soyğunçuluq isə əmlakın mülkiyyətçinin və ya başqalarının gözü qarşısında açıq-aşkar talanmasıdır”.
X. Cəfərova vurğulayıb ki, qanunvericilikdə zərərin məbləğinə görə məsuliyyət növləri fərqlənir:
•500 manatlıq hədd: Sadə oğurluq və soyğunçuluq hallarında vurulan zərər 500 manatdan aşağı olduqda bu əməl cinayət deyil, xırda talama hesab olunur və inzibati xəta tərkibi yaradır. Zərərin məbləği 500 manatdan yuxarı olduqda isə artıq cinayət məsuliyyəti yaranır.
•100 manatlıq ağırlaşdırıcı hal: Cinayət Məcəlləsinin 177-ci (Oğurluq) və 180-ci (Soyğunçuluq) maddələrinə əsasən, əgər əməl binaya, saxlanma yerinə gizli daxil olmaqla, elektron daşıyıcılardan, qaz, elektrik, neft kəmərlərindən istifadə etməklə, təkrarən və ya bir qrup şəxs tərəfindən törədilərsə, məbləğ 100 manatdan artıq olduqda belə xırda talama deyil, birbaşa cinayət kimi
qiymətləndirilir.
Sonda vəkil vatandaşları hüquqi savadlılıqlarını artırmağa çağıraraq qeyd edib ki, oxşar hallarla qarşılaşan şəxslər baş verən əməlin oğurluq, soyğunçuluq və ya xırda talama olduğunu düzgün fərqləndirməyi bacarmalıdırlar.
14:04 / 27 İyul 2026
1
13:59 / 27 İyul 2026
23
13:55 / 27 İyul 2026
23
13:50 / 27 İyul 2026
36
13:47 / 27 İyul 2026
34
13:40 / 27 İyul 2026
53
13:30 / 27 İyul 2026
53
13:15 / 27 İyul 2026
58
12:59 / 27 İyul 2026
60
12:45 / 27 İyul 2026
58
12:45 / 27 İyul 2026
65
12:38 / 27 İyul 2026
72
12:29 / 27 İyul 2026
65
12:25 / 27 İyul 2026
65
12:21 / 27 İyul 2026
61
12:15 / 27 İyul 2026
68
11:55 / 27 İyul 2026
75
11:52 / 27 İyul 2026
70
11:35 / 27 İyul 2026
61
11:35 / 27 İyul 2026
85
11:14 / 27 İyul 2026
81
11:10 / 27 İyul 2026
67
11:06 / 27 İyul 2026
62
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.