Küçədə siqaret çəkənlər hansı halda cərimələnə bilər?
09 Noyabr 2026, 16:06
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
475
24.07.2026, 15:15
Müasir dövrdə mobil tətbiqlərin həyatımızın ayrılmaz hissəsinə çevrilməsi şəxsi məlumatların təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirib. Bir çox istifadəçi tətbiqləri yükləyərkən şəxsi məlumatlarına giriş icazəsi versə də, bu məlumatların hüquqi çərçivədə necə qorunduğundan xəbərsizdir. Xüsusilə toplanan məlumatların həcmi və onların hansı sahələrdə istifadə olunması vətəndaşlar arasında haqlı suallar doğurur. Bəs mobil tətbiqlərin topladığı fərdi məlumatların həcmi qanuni baxımdan necə tənzimlənməlidir və istifadəçilərin bu sahədə hansı hüquqları var? Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən hüquqşünas Ramil Süleymanov bildirib ki, vətəndaşların fərdi məlumatları ölkə qanunvericiliyi ilə tam mühafizə olunur.
"İstifadəçilər hansı icazələri verdiklərinin mahiyyətini anlamalıdırlar"
Hüquqşünas Ramil Süleymanov bildirib ki, vətəndaşların fərdi məlumatları "Fərdi məlumatlar haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun şəkildə qorunur:
"Vətəndaşlar mütləq qaydada təqdim etdikləri məlumatların birinçi növbədə mahiyyətini anlamalıdırlar ki, onlar hansı məlumatların verilməsini icazələndiriblər. Eyni zamanda, təqdim olunmuş məlumatların qorunması ilə bağlı həmin tətbiqlər vasitəsilə təhlükəsizliyin təmin edilməsini tələb edə bilərlər. Vətəndaşlar bilməlidirlər ki, onların təqdim etdikləri məlumatlar əsasən hansı sferalarda işlədilir və istifadə olunur”.
R.Süleymanovun sözlərinə görə, istifadəçilərin öz məlumatları üzərində geniş hüquqları mövcuddur:
“Vətəndaşlar daha əvvəl məlumatların verilməsi ilə bağlı vermiş olduqları ərizə və ya razılıqları ləğv edə bilərlər. Fərdi məlumatlardan istifadənin dayandırılmasını və ya qadağan olunmasını tələb etmək istifadəçinin tam hüququdur.
Məlumatların internet resurslarından birdefəlik silinməsi və ya bloklanması ilə bağlı müraciətlər edilə bilər”.
Hüquqşünas vurğulayıb ki, fərdi məlumatların qorunmaması və ya sızması halında ciddi hüquqi məsuliyyət yaranır:
"Fərdi məlumatların qorunmamasına görə və yaxud təqdim olunmuş məlumatların qorunmaması nəticəsində vətəndaşa vurulmuş zərərə görə qarşı tərəf mülki məsuliyyət taşıyır. Dövlət tərəfindən isə bu hallara görə inzibati və cinayət məsuliyyəti tətbiq oluna bilir”.
Çimnaz Telmanqızı
16:25 / 09 Noyabr 2026
1
16:23 / 09 Noyabr 2026
13
16:19 / 09 Noyabr 2026
33
16:06 / 09 Noyabr 2026
94
15:54 / 09 Noyabr 2026
297
15:49 / 09 Noyabr 2026
71
15:47 / 09 Noyabr 2026
121
15:45 / 09 Noyabr 2026
154
15:40 / 09 Noyabr 2026
177
15:34 / 09 Noyabr 2026
73
15:23 / 09 Noyabr 2026
96
15:13 / 09 Noyabr 2026
110
15:05 / 09 Noyabr 2026
531
15:00 / 09 Noyabr 2026
123
14:58 / 09 Noyabr 2026
99
14:55 / 09 Noyabr 2026
118
14:42 / 09 Noyabr 2026
105
14:37 / 09 Noyabr 2026
98
14:29 / 09 Noyabr 2026
516
14:22 / 09 Noyabr 2026
252
14:17 / 09 Noyabr 2026
113
14:06 / 09 Noyabr 2026
1273
14:04 / 09 Noyabr 2026
136
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.