Müqavilə ilə işləyən şəxslər bank krediti ala bilərmi? – Hüquqşünas açıqlayır
22 İyul 2026, 17:30
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
62
24.07.2026, 13:45
Azərbaycanda bank kreditləri ilə bağlı ən çox müzakirə olunan məsələlərdən biri də borcalanın vəfat etməsindən sonra kredit öhdəliyinin kim tərəfindən yerinə yetirilməsidir. Bir çox hallarda banklar vəfat etmiş şəxsin ailə üzvləri ilə əlaqə saxlayaraq borcun ödənilməsini tələb edir. Bəs qanunvericilik bu məsələyə necə yanaşır? Vərəsələr kredit borcuna görə hansı hallarda məsuliyyət daşıyırlar?
Mövzu ilə bağlı hüquqşünas Misirə Xəlilzadə Oxu24.com-a açıqlamasında bildirib ki, kredit götürən şəxsin vəfat etməsi həmin kredit öhdəliyini avtomatik olaraq ailə üzvlərinin üzərinə keçirmir.
Hüquqşünasın sözlərinə görə, belə müraciətlərdən birində vətəndaş həyat yoldaşının bankdan kredit götürdüyünü, kredit ödənişlərini uzun müddət ailənin etdiyini, lakin həyat yoldaşının təxminən altı ay əvvəl vəfat etdiyini bildirib. Müraciət edən şəxs qeyd edib ki, kredit üzrə zamin olmayıb, özü isə işləmir, əlavə olaraq başqa bir banka da borcu var və həmin borcu məhkəmə qərarı əsasında aylıq hissələrlə ödəyir. Buna baxmayaraq, bank ona zəng edərək vəfat edən həyat yoldaşının kredit borcunun ödənilməsini tələb edir.
Hüquqşünas bildirib ki, Azərbaycan qanunvericiliyinə əsasən, borcalan vəfat etdikdə kredit münasibətləri ilə bağlı hüquqi proses müəyyən müddət dayandırılır. Bu müddətdə vərəsəlik işi açılır və mərhumun hüquqi varisləri müəyyən edilir.
Onun sözlərinə görə, burada əsas məsələ vərəsəliyin qəbul olunub-olunmamasıdır. Çünki vərəsələr yalnız qəbul etdikləri mirasın dəyəri həcmində məsuliyyət daşıyırlar. Yəni qanun heç bir vərəsəni öz şəxsi əmlakı hesabına mərhumun kredit borcunu ödəməyə məcbur etmir.
Misirə Xəlilzadə izah edib ki, əgər vəfat edən şəxsdən miras kimi mənzil, torpaq sahəsi, avtomobil, bank hesabı və ya digər əmlak qalıbsa və vərəsə həmin əmlakı qəbul edibsə, həmin şəxs yalnız mirasın bazar dəyəri həcmində kredit öhdəliyinə görə məsuliyyət daşıya bilər.Məsələn, əgər mərhumdan 10 min manat dəyərində əmlak qalıb və kredit borcu 9 min manatdırsa, bu halda vərəsə qəbul etdiyi miras çərçivəsində həmin borca görə məsuliyyət daşıyır. Əgər kredit borcu mirasın dəyərindən artıqdırsa, artıq qalan hissəyə görə vərəsədən şəxsi vəsaiti hesabına ödəniş tələb oluna bilməz.
Hüquqşünas vurğulayıb ki, əgər mərhumdan heç bir əmlak qalmayıbsa və ya ailə üzvləri vərəsəliyi qəbul etməyiblərsə, bankın onlardan kredit borcunun ödənilməsini tələb etməsi hüquqi əsas daşımır.
Onun sözlərinə görə, bəzi hallarda banklar ailə üzvlərinə telefonla müraciət edərək borcun ödənilməsini tələb etsələr də, belə tələb qanunvericilik baxımından avtomatik öhdəlik yaratmır. Bank yalnız məhkəmə qaydasında iddia qaldıra bilər və məhkəmə zamanı vərəsəliyin qəbul edilib-edilmədiyi, mərhumdan hansı əmlakın qaldığı və həmin əmlakın dəyəri araşdırılır.
Misirə Xəlilzadə qeyd edib ki, əgər şəxs vərəsə kimi tanınmayıbsa və ya miras qəbul etməyibsə, bunu məhkəmədə bildirməli və müvafiq sənədlərlə təsdiqləməlidir. Bu halda onun mərhumun kredit borcuna görə məsuliyyət daşıması mümkün deyil.
Hüquqşünas əlavə edib ki, vətəndaşlar bu kimi hallarda bankın şifahi tələbləri ilə kifayətlənməməli, hüquqlarını bilməli və zərurət yarandıqda hüquqi yardım almalıdırlar. Çünki hər bir kredit işi üzrə məsuliyyət ayrıca araşdırılır və yalnız qanunla müəyyən edilmiş hallarda vərəsələrdən ödəniş tələb oluna bilər.
Onun fikrincə, kredit borcu ilə bağlı mübahisələrdə əsas meyar mərhumdan miras qalıb-qalmaması və həmin mirasın hüquqi qaydada qəbul edilməsidir. Məhz bu amillər vərəsələrin məsuliyyət həddini müəyyən edir. Buna görə də belə hallarla üzləşən vətəndaşlara sənədləri diqqətlə araşdırmaq, vərəsəlik hüquqlarını rəsmiləşdirmək və yalnız qanunun müəyyən etdiyi çərçivədə hərəkət etmək tövsiyə olunur.
14:14 / 24 İyul 2026
1
14:07 / 24 İyul 2026
1
14:07 / 24 İyul 2026
23
14:04 / 24 İyul 2026
22
14:03 / 24 İyul 2026
25
13:59 / 24 İyul 2026
34
13:57 / 24 İyul 2026
38
13:30 / 24 İyul 2026
50
13:15 / 24 İyul 2026
49
12:55 / 24 İyul 2026
53
12:27 / 24 İyul 2026
75
12:24 / 24 İyul 2026
67
11:57 / 24 İyul 2026
80
11:51 / 24 İyul 2026
69
11:43 / 24 İyul 2026
77
11:37 / 24 İyul 2026
356
11:10 / 24 İyul 2026
89
11:07 / 24 İyul 2026
79
11:03 / 24 İyul 2026
809
10:42 / 24 İyul 2026
96
10:34 / 24 İyul 2026
86
10:19 / 24 İyul 2026
82
10:08 / 24 İyul 2026
99
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.