Boşanmadan sonra soyad mübahisəsi: hüquq nə deyir?
03 İyul 2026, 14:00
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
91
03.07.2026, 12:10
Ailədaxili əmlak münasibətləri ilə bağlı vətəndaşları maraqlandıran əsas suallardan biri də valideynlərin öz mülkiyyətlərini övladlarından birinin adına keçirməsi ilə bağlıdır. Xüsusilə, digər övladların razılığı və ya məlumatı olmadan belə bir addımın atılıb-atıla bilməməsi tez-tez müzakirə mövzusuna çevrilir.
Məsələ ilə bağlı hüquqşünas Teymur Babayev Oxu24.com-a bildirib ki, əgər yaşayış evi tam şəkildə ananın şəxsi mülkiyyətidirsə və həmin əmlak üzərində başqa şəxslərin hüquqları yoxdursa, o zaman ana öz əmlakı ilə bağlı sərbəst qərar qəbul etmək hüququna malikdir.Əmlak sahibinin əsas hüquqlarından biri də mülkiyyətinə sərəncam vermək hüququdur. Bu isə o deməkdir ki, şəxs öz əmlakını sata, bağışlaya, dəyişdirə və ya istədiyi şəxsin adına keçirə bilər.
Hüquqşünas qeyd edib ki, əgər digər övlad həmin evdə qeydiyyatda deyilsə və əmlak üzərində hər hansı pay hüququ yoxdursa, onun razılığının alınması qanunvericilik baxımından məcburi hesab edilmir.
“Mülkiyyət hüququ Konstitusiya ilə qorunan fundamental hüquqlardan biridir. Əgər ev ananın şəxsi mülkiyyətidirsə, o, həmin əmlakı istədiyi övladına bağışlaya və ya başqa hüquqi əqd əsasında onun adına keçirə bilər. Digər övladın bu barədə məlumatlandırılması etik məsələ ola bilər, lakin hüquqi baxımdan məcburi xarakter daşımır”, – deyə hüquqşünas vurğulayıb.
Teymur Babayev bildirib ki, bağışlama müqaviləsi bağlanarkən əmlak sahibi tam fəaliyyət qabiliyyətinə malik olmalı və qərarı könüllü şəkildə qəbul etməlidir. Əgər bu şərtlər yerinə yetirilirsə, bağışlama hüquqi baxımdan etibarlı sayılır.Bununla yanaşı, mütəxəssis ailə vəziyyətinin də nəzərə alınmalı olduğunu qeyd edib. Əgər söhbət ər-arvadın nikah dövründə əldə etdikləri ümumi əmlakdan gedirsə, həmin halda digər həyat yoldaşının razılığı tələb olunur.
“Əgər ev ər-arvadın birgə nikah dövründə əldə olunmuş ümumi mülkiyyət hesab edilirsə, o zaman yalnız bir tərəfin qərarı kifayət etmir. Bu halda həyat yoldaşının yazılı razılığı mütləqdir. Əks halda, sonradan həmin əqdin etibarsız hesab olunması ilə bağlı məhkəmə mübahisələri yarana bilər”, – deyə hüquqşünas bildirib.
Onun sözlərinə görə, əgər əmlak şəxsi mülkiyyət hesab olunursa və başqa şəxslərin qanuni pay hüquqları yoxdursa, ana tam sərbəst şəkildə həmin evi qızlarından birinin adına keçirə bilər.
Hüquqşünas vətəndaşlara belə hallarda gələcəkdə ailədaxili mübahisələrin yaranmaması üçün bütün hüquqi prosedurları qanunvericiliyin tələblərinə uyğun şəkildə həyata keçirməyi və zərurət yarandıqda hüquqi məsləhət almağı tövsiyə edib.
Turan
14:36 / 03 İyul 2026
1
14:32 / 03 İyul 2026
8
14:30 / 03 İyul 2026
12
14:24 / 03 İyul 2026
33
14:14 / 03 İyul 2026
46
14:00 / 03 İyul 2026
44
13:55 / 03 İyul 2026
50
13:48 / 03 İyul 2026
58
13:44 / 03 İyul 2026
60
13:22 / 03 İyul 2026
66
13:15 / 03 İyul 2026
64
13:12 / 03 İyul 2026
77
13:08 / 03 İyul 2026
65
13:06 / 03 İyul 2026
431
13:03 / 03 İyul 2026
61
12:59 / 03 İyul 2026
71
12:30 / 03 İyul 2026
83
12:22 / 03 İyul 2026
74
12:17 / 03 İyul 2026
76
12:15 / 03 İyul 2026
1013
12:14 / 03 İyul 2026
75
12:08 / 03 İyul 2026
77
12:02 / 03 İyul 2026
73
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.