Ağır qəza:Ölən və yaralılar var
10 Noyabr 2026, 08:56
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
571
03.07.2026, 11:07
“AzərEnerji” ASC tərəfindən Xankəndi şəhərində 110/35/10 kV-luq “Xankəndi-2” və Ağdərə rayonunda 110/35/10 kV-luq “Həsənriz” yarımstansiyaları sökülərək ən müasir rəqəmsal texnologiyalar əsasında yenidən inşa edilir.
“AzərEnerji”dən Oxu24.com-a verilən məlumata görə, “Xankəndi-2” yarımstansiyasının tikintisi Xankəndi şəhərinin, ətraf yaşayış məntəqələrinin və bütün mühüm infrastruktur obyektlərinin daha etibarlı, dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təminatına imkan verəcək.
Ağdərə rayonunda tikilən “Həsənriz” yarımstansiyası isə rayonun istehlakçılarının, o cümlədən sənaye müəssisələrinin enerji təchizatının etibarlılığını artırmaqla yanaşı, “Sərsəng” və bölgədə fəaliyyət göstərən digər su elektrik stansiyalarında istehsal olunan enerjinin ölkənin enerji sisteminə təhlükəsiz və fasiləsiz ötürülməsini təmin edəcək.
Məlumata görə, “Xankəndi-2” və “Həsənriz” yarımstansiyalarında kommutasiya avadanlıqlarının məsafədən idarə olunması və texnoloji göstəricilərin real vaxt rejimində ötürülməsi üçün yerli mikro-SCADA dispetçer idarəetmə sistemi qurulacaq. Bu sistemlər “AzərEnerji”nin Mərkəzi SCADA idarəetmə platformasına inteqrasiya ediləcək.
Qeyd edək ki, bundan əvvəl “AzərEnerji” tərəfindən “Xankəndi-1” yarımstansiyası tamamilə yenidən qurularaq qapalı tipli yarımstansiya kimi ötən ilin dekabr ayında istismara verilib. Yeni layihələrin tamamlanması ilə “AzərEnerji”nin azad edilmiş ərazilərdə inşa etdiyi yarımstansiyaların sayı 16-ya çatacaq. Bununla yanaşı, bölgədə artıq 38 su elektrik stansiyası tikilərək istismara verilib, hazırda isə əlavə 8 su elektrik stansiyasının tikintisi davam etdirilir.
09:19 / 10 Noyabr 2026
1
08:56 / 10 Noyabr 2026
88
08:46 / 10 Noyabr 2026
86
08:42 / 10 Noyabr 2026
438
05:37 / 10 Noyabr 2026
138
05:27 / 10 Noyabr 2026
203
04:34 / 10 Noyabr 2026
141
04:12 / 10 Noyabr 2026
198
02:34 / 10 Noyabr 2026
173
02:02 / 10 Noyabr 2026
162
01:30 / 10 Noyabr 2026
405
01:19 / 10 Noyabr 2026
555
01:00 / 10 Noyabr 2026
239
00:25 / 10 Noyabr 2026
1170
00:20 / 10 Noyabr 2026
165
00:14 / 10 Noyabr 2026
534
00:08 / 10 Noyabr 2026
164
23:52 / 09 Noyabr 2026
302
23:52 / 09 Noyabr 2026
2580
23:48 / 09 Noyabr 2026
163
23:42 / 09 Noyabr 2026
442
23:37 / 09 Noyabr 2026
553
23:32 / 09 Noyabr 2026
194
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.