Məhkəmə qərarı icra olunmursa hara şikayət etməliyik?
09 Noyabr 2026, 22:31
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
647
02.07.2026, 15:02
Ünvanlı dövlət sosial yardımı ilə bağlı vətəndaşları maraqlandıran əsas məsələlərdən biri də aliment alan şəxslərin bu hüquqdan yararlanıb-yararlana bilməməsidir. Bir çoxları aliment alınmasının sosial yardım üçün maneə yaratdığını düşünsə də, qanunvericilik məsələyə fərqli yanaşır.
Vəkil Araz Nurməmmədov Oxu24.com-a açıqlamasında bildirib ki, aliment almaq faktı özlüyündə ünvanlı dövlət sosial yardımının təyin edilməsinə mane olmur. Əsas meyar ailənin ümumi gəlirlərinin və ehtiyac həddinin qanunvericiliyin tələblərinə uyğun olub-olmamasıdır.
Onun sözlərinə görə, hər bir müraciət ailənin sosial vəziyyəti nəzərə alınmaqla fərdi qaydada qiymətləndirilir“Aliment alınması sosial yardım üçün hüquqi məhdudiyyət hesab edilmir. Şəxsin aliment alması onun avtomatik olaraq ünvanlı dövlət sosial yardımından məhrum edilməsi demək deyil. Ailənin ümumi gəlirləri, ailə üzvlərinin sayı və ehtiyac meyarı nəzərə alınaraq qərar qəbul olunur”.
Hüquqşünas qeyd edib ki, xüsusilə azyaşlı uşaqları təkbaşına böyüdən valideynlər həm aliment almaq, həm də sosial yardım üçün müraciət etmək hüququna malikdirlər.
“Məsələn, üç uşağı olan bir ana aliment aldığı halda da ünvanlı sosial yardım üçün müraciət edə bilər. Dövlət qurumları ailənin bütün gəlir mənbələrini araşdıraraq həmin vəsaitin yaşayış minimumunu qarşılayıb-qarşılamadığını müəyyən edir”.
Araz Nurməmmədov bildirib ki, bəzi hallarda məhkəmə qərarı olsa da, aliment faktiki olaraq ödənilmir və ya gecikdirilir. Bu zaman vətəndaşlar icra şöbəsindən aliment borcu ilə bağlı arayış alaraq həmin sənədi sosial yardım məsələsində hüquqi əsas kimi təqdim edə bilərlər.
“Yalnız məhkəmə qərarının mövcudluğu deyil, alimentin real şəkildə əldə edilib-edilməməsi də nəzərə alınmalıdır. Uzun müddət ödənilməyən aliment ailənin sosial vəziyyətinə birbaşa təsir göstərir”.
Vəkil vurğulayıb ki, ünvanlı dövlət sosial yardımının təyin edilməsində əsas prinsip ailənin adambaşına düşən gəlirinin ehtiyac meyarını keçib-keçməməsidir.
“Əgər ailənin ümumi gəlirləri, o cümlədən aliment və digər gəlir mənbələri qanunvericilikdə müəyyən olunmuş ehtiyac həddini aşmırsa, həmin şəxsin sosial yardım almaq hüququ saxlanılır. Aliment almaq sosial yardım üçün qadağa deyil, əsas meyar ailənin real maddi vəziyyətidir”.
Hüquqşünasın fikrincə, bu məsələ ilə bağlı yanlış təsəvvürlərin aradan qaldırılması üçün hüquqi maarifləndirmə işlərinin genişləndirilməsi vacibdir. O bildirib ki, vətəndaşlar öz hüquqlarını bilməli və ehtiyac yarandıqda müvafiq dövlət qurumlarına müraciət etməkdən çəkinməməlidirlər.
09:46 / 10 Noyabr 2026
1
09:35 / 10 Noyabr 2026
48
09:26 / 10 Noyabr 2026
91
09:19 / 10 Noyabr 2026
77
08:56 / 10 Noyabr 2026
128
08:46 / 10 Noyabr 2026
136
08:42 / 10 Noyabr 2026
818
05:37 / 10 Noyabr 2026
145
05:27 / 10 Noyabr 2026
225
04:34 / 10 Noyabr 2026
148
04:12 / 10 Noyabr 2026
210
02:34 / 10 Noyabr 2026
176
02:02 / 10 Noyabr 2026
163
01:30 / 10 Noyabr 2026
417
01:19 / 10 Noyabr 2026
568
01:00 / 10 Noyabr 2026
251
00:25 / 10 Noyabr 2026
1237
00:20 / 10 Noyabr 2026
170
00:14 / 10 Noyabr 2026
554
00:08 / 10 Noyabr 2026
169
23:52 / 09 Noyabr 2026
308
23:52 / 09 Noyabr 2026
2705
23:48 / 09 Noyabr 2026
166
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.