Azərbaycanda bu şəxslərə 5 gün əlavə məzuniyyət verilir
22 İyul 2026, 13:00
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
807
22.05.2026, 19:18
Neft ərazilərində yerləşən torpaq sahələrinə çıxarış almaq mümkündür?
Azərbaycanda xüsusilə neft və sənaye zonalarına yaxın ərazilərdə yaşayan minlərlə vətəndaşın qarşılaşdığı əsas problemlərdən biri torpaq sahələrinə çıxarış ala bilməməkdir. Uzun illərdir istifadə olunan bəzi torpaq sahələri və fərdi yaşayış evləri olsa da, bir çox hallarda həmin əmlaklar rəsmiləşdirilmədiyi üçün vətəndaşlar hüquqi çətinliklərlə üzləşirlər.
Mövzu ilə bağlı Oxu24.com saytına açıqlama verən hüquqşünas Adil Piriyev bildirib ki, müəyyən şərtlər daxilində neft ərazilərində yerləşən torpaq sahələrinə "kupça", yəni çıxarış almaq mümkündür.
Hüquqşünasın sözlərinə görə, burada əsas məsələ torpaq sahəsinin mühafizə və təhlükəsizlik zonalarının tələblərinə uyğun olub-olmamasıdır.
Adil Piriyev qeyd edib ki, əgər torpaq sahəsi təhlükəsizlik məsafələrinə uyğun yerləşirsə, məhkəmə qaydasında həmin əmlakın rəsmiləşdirilməsi mümkündür:
“Əgər torpaq sahəsi qaz xəttləri, neft quyuları, fontan və digər texniki obyektlərlə bağlı müəyyən edilmiş təhlükəsizlik məsafələrinə uyğundursa, vətəndaş məhkəmənin müsbət qərarı əsasında çıxarış ala bilər”.
Hüquqşünas bildirib ki, qanunvericiliyə əsasən müəyyən məsafə tələbləri mövcuddur. Belə ki, qaz, lift, fontan və aktiv quyularla torpaq sahəsi arasında minimum 300 metr məsafə olmalıdır.
Pasiv və ya işləməyən quyularla torpaq sahəsi arasında isə ən azı 150 metr məsafə nəzərdə tutulur. Ləğv edilmiş quyular üçün bu məsafə 75 metr təşkil edir.
Hüquqşünasın sözlərinə görə, vətəndaşlar ilk növbədə aidiyyəti dövlət qurumlarına müraciət etməli və rəsmi imtina cavabı almalıdırlar:
“Bir çox hallarda vətəndaşlar birbaşa məhkəməyə müraciət edir. Halbuki əvvəlcə aidiyyəti qurumlara müraciət olunmalı, həmin torpaq sahəsinin rəsmiləşdirilməsi ilə bağlı rəsmi cavab və ya imtina məktubu alınmalıdır”.
Adil Piriyev qeyd edib ki, bundan sonra inzibati məhkəməyə müraciət edilir və proses hüquqi sənədlər əsasında davam etdirilir.
Onun sözlərinə görə, məhkəmə prosesində torpaq sahəsinin vəziyyəti, yerləşdiyi ərazi, texniki təhlükəsizlik tələbləri və faktiki istifadə vəziyyəti araşdırılır:
“Məhkəmə zamanı xüsusi sənədləşmə işləri aparılır, kadastr və texniki sənədlər hazırlanır, əraziyə baxış keçirilir. Bütün bu prosedurlar düzgün şəkildə icra olunarsa, vətəndaşın çıxarış alma şansı yüksəlir”.
Hüquqşünas vurğulayıb ki, müsbət məhkəmə qərarından sonra vətəndaşlara çıxarış, texniki pasport və qiymətləndirmə sənədləri təqdim edilə bilər.
Adil Piriyev əlavə edib ki, son illərdə bu kateqoriyadan olan müraciətlərin sayı artıb:
“Xüsusilə Bakı və Abşeron ərazisində neft sahələrinə yaxın yaşayış massivlərində yaşayan vətəndaşlar bu problemlə tez-tez qarşılaşırlar. İnsanlar illərlə istifadə etdikləri torpaq sahələrini rəsmiləşdirmək istəyirlər”.
Hüquqşünas vətəndaşlara sənədləşmə prosesinə ciddi yanaşmağı və hüquqi prosedurları peşəkar şəkildə aparmağı tövsiyə edib:
“Əgər torpaq sahəsinin yerləşdiyi ərazi təhlükəsizlik normalarına uyğundursa, hüquqi yollarla çıxarış almaq mümkündür. Sadəcə proses düzgün aparılmalı və bütün sənədlər qanunvericiliyin tələblərinə uyğun hazırlanmalıdır”.
Hüquqşünas sonda bildirib ki, belə hallarda vətəndaşların hüquqi yardım alması gələcək problemlərin qarşısını almaq baxımından olduqca vacibdir.
Turan Etibaroğlu
14:41 / 22 İyul 2026
22
14:12 / 22 İyul 2026
37
14:10 / 22 İyul 2026
34
14:05 / 22 İyul 2026
44
14:01 / 22 İyul 2026
48
14:00 / 22 İyul 2026
52
13:45 / 22 İyul 2026
52
13:30 / 22 İyul 2026
67
13:15 / 22 İyul 2026
55
13:10 / 22 İyul 2026
204
13:00 / 22 İyul 2026
78
12:52 / 22 İyul 2026
119
12:50 / 22 İyul 2026
142
12:50 / 22 İyul 2026
194
12:48 / 22 İyul 2026
81
12:45 / 22 İyul 2026
77
12:41 / 22 İyul 2026
287
12:26 / 22 İyul 2026
211
12:17 / 22 İyul 2026
71
12:14 / 22 İyul 2026
830
12:08 / 22 İyul 2026
134
11:58 / 22 İyul 2026
86
11:40 / 22 İyul 2026
99
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.