Sürücülük vəsiqəsi dəyişdirmək istəyənlərə VACİB XƏBƏR! İmtahan tələb olunurmu?
28 Sentyabr 2026, 22:35
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
651
12.05.2026, 20:30
Hüquqşünas İlham Mehrəliyev: “Hal şahidi şəxsi axtarış apara bilməz, bu qanun pozuntusu sayıla bilər”
Son dövrlər vətəndaşlar arasında polis orqanlarında aparılan prosessual hərəkətlər zamanı hal şahidlərinin rolu ilə bağlı suallar artır. Xüsusilə saxlanılan şəxslərin üzərində və ya geyimində axtarış aparılması prosesində hal şahidinin birbaşa iştirak etməsi ciddi müzakirə mövzusuna çevrilib.
Məsələ ilə bağlı hüquqşünas İlham Mehrəliyev Oxu24.com-a açıqlamasında bildirib ki, şəxsi axtarış yalnız səlahiyyətli dövlət orqanlarının əməkdaşları — müstəntiq, təhqiqatçı və ya polis əməkdaşları tərəfindən həyata keçirilə bilər. Onun sözlərinə görə, hal şahidinin funksiyası prosesi icra etmək deyil, yalnız onun qanunauyğun şəkildə aparılmasına nəzarət etmək və şahidlik etməkdir.
Hüquqşünas qeyd edib ki, hal şahidi saxlanılan şəxsin bədəninə toxuna bilməz, onun ciblərini yoxlaya bilməz və şəxsi əşyalarına müdaxilə edə bilməz. Hal şahidinin əsas vəzifəsi prosesin şəffaf və qanunvericiliyə uyğun şəkildə aparıldığını müşahidə etmək və zərurət yarandıqda bunu təsdiqləməkdir.
İlham Mehrəliyevin sözlərinə görə, əgər hal şahidi tərəfindən birbaşa axtarış aparılıbsa, bu hal artıq prosessual qaydaların pozulması kimi qiymətləndirilə bilər. Belə bir vəziyyət məhkəmə baxışı zamanı əldə edilmiş sübutların etibarlılığına da təsir göstərə bilər.
Hüquqşünas əlavə edib ki, prosessual qanunvericiliyə əsasən, sübutların əldə olunma qaydası çox vacibdir. Əgər sübut qanun pozuntusu ilə əldə olunubsa, məhkəmə onu qəbul etməyə də bilər və bu, işin nəticəsinə birbaşa təsir göstərə bilər.
İ.Mehrəliyevin fikrincə, bu kimi hallarda vətəndaşların öz hüquqlarını bilməsi və prosessual hərəkətlər zamanı diqqətli olması vacibdir. O vurğulayıb ki, hal şahidi institutunun məqsədi prosesə nəzarət və şəffaflığın təmin olunmasıdır, lakin heç bir halda birbaşa istintaq hərəkətini icra etmək deyil.
Hüquqşünas sonda qeyd edib ki, əgər vətəndaş belə bir qanun pozuntusu ilə üzləşirsə, o, bunu hüquqi qaydada mübahisələndirə və məhkəmə vasitəsilə öz hüquqlarının müdafiəsini tələb edə bilər.
Hazırladı: Turan
09:17 / 29 Sentyabr 2026
1
09:07 / 29 Sentyabr 2026
71
09:05 / 29 Sentyabr 2026
30
08:17 / 29 Sentyabr 2026
41
08:14 / 29 Sentyabr 2026
136
00:06 / 29 Sentyabr 2026
231
23:52 / 28 Sentyabr 2026
106
23:19 / 28 Sentyabr 2026
105
23:06 / 28 Sentyabr 2026
215
23:02 / 28 Sentyabr 2026
1976
22:58 / 28 Sentyabr 2026
101
22:51 / 28 Sentyabr 2026
75
22:40 / 28 Sentyabr 2026
1407
22:35 / 28 Sentyabr 2026
343
22:34 / 28 Sentyabr 2026
250
22:28 / 28 Sentyabr 2026
201
22:24 / 28 Sentyabr 2026
100
22:15 / 28 Sentyabr 2026
72
21:56 / 28 Sentyabr 2026
95
21:55 / 28 Sentyabr 2026
116
21:51 / 28 Sentyabr 2026
82
21:48 / 28 Sentyabr 2026
96
21:40 / 28 Sentyabr 2026
2486
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.