Qaynar xətt:

(+99450) 247 90 86

DİN, DTX və DSX birgə əməliyyat keçirdi

HÜQUQ

966

16.03.2019, 10:27

\"\"  Cəlilabad sakinindən külli miqdarda narkotik götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  bildirilib ki, Rayon Polis Şöbəsi, Dövlət Təhlükəsizliyi Xidmətinin rayon şöbəsi və Dövlət Sərhəd Xidmətinin Göytəpə sərhəd dəstəsi birgə əməliyyat-axtarış tədbiri həyata keçirib. Rayon Polis Şöbəsinə daxil olan məlumat əsasında Uzuntəpə kənd sakini Ədil Baxşıyevin idarə etdiyi \"VAZ 2107” markalı avtomobil rayon ərazisində saxlanılıb. Avtomobilin salonuna baxış zamanı 1 kq heroin aşkarlanıb. Onun yaşadığı mənzildən isə 7.375 kq heroin, 5.135 kq tiryək, 815 qr metanfetamin, 2 ədəd elektron tərəzi aşkarlanaraq, götürülüb. Faktla bağlı cinayət işi başlanıb.