Həmin şəxsin məhkəməsi BAŞLAYIB
24 Noyabr 2026, 11:46
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
48
24.11.2026, 11:40
AZCON Holding şirkətlərindən olan “AzInTelecom” MMC Bakıda keçirilən Kiberdiplomatiya üzrə II Beynəlxalq Konfransda (ICCD 2026) iştirak edib.
Şirkətdən Oxu24.com-a verilən məlumata görə, “Süni intellekt dövründə güc və təsir: dəyişən kiberməkana regional baxış” mövzusuna həsr olunan konfrans beynəlxalq ekspertləri, diplomatik korpusun və beynəlxalq təşkilatların nümayəndələrini bir araya gətirib.
Konfrans çərçivəsində keçirilən panel müzakirələrində “AzInTelecom”un Kibertəhlükəsizlik departamentinin direktoru Ruslan Dadayev çıxış edib. O, rəqəmsal suverenlik və böhran şəraitində dövlətlərin kibertəhlükəsizliyinin təmin edilməsi məsələlərinə toxunaraq rəqəmsal infrastrukturun dayanıqlığının və kibertəhlükəsizlik sistemlərinin effektiv idarə olunmasının əhəmiyyətini vurğulayıb.
Konfransda süni intellektin diplomatik münasibətlərə təsiri, texnologiya şirkətlərinin beynəlxalq proseslərdə artan rolu, informasiya müharibəsi və kiberməkanda regional əməkdaşlıq kimi aktual mövzular müzakirə olunub.
“AzInTelecom”un ICCD 2026-da iştirakı kibertəhlükəsizlik və rəqəmsal suverenlik sahəsində beynəlxalq təcrübə mübadiləsinin genişləndirilməsinə və tərəfdaşlıq əlaqələrinin inkişafına yönəlib.
Qeyd edək ki, ölkənin texnoloji suverenliyinin gücləndirilməsi, təhlükəsiz və dayanıqlı rəqəmsal infrastrukturun inkişafı “AzInTelecom”un fəaliyyətinin əsas istiqamətlərindəndir. Şirkət məlumatların ölkə daxilində təhlükəsiz saxlanılması və emalı üçün zəruri infrastruktur yaratmaqla, müasir bulud, kibertəhlükəsizlik və rəqəmsal identifikasiya həlləri təqdim etməklə Azərbaycanın rəqəmsal ekosisteminin inkişafına töhfə verməyi hədəfləyir.
11:46 / 24 Noyabr 2026
1
11:36 / 24 Noyabr 2026
48
11:32 / 24 Noyabr 2026
116
11:30 / 24 Noyabr 2026
57
11:29 / 24 Noyabr 2026
63
11:20 / 24 Noyabr 2026
69
11:20 / 24 Noyabr 2026
82
11:10 / 24 Noyabr 2026
88
11:05 / 24 Noyabr 2026
78
11:00 / 24 Noyabr 2026
83
10:49 / 24 Noyabr 2026
93
10:40 / 24 Noyabr 2026
98
10:33 / 24 Noyabr 2026
120
10:23 / 24 Noyabr 2026
89
10:20 / 24 Noyabr 2026
95
10:10 / 24 Noyabr 2026
101
10:04 / 24 Noyabr 2026
264
10:00 / 24 Noyabr 2026
115
09:59 / 24 Noyabr 2026
109
09:55 / 24 Noyabr 2026
140
09:49 / 24 Noyabr 2026
100
09:45 / 24 Noyabr 2026
124
09:35 / 24 Noyabr 2026
103
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.