Qaynar xətt:

(+99450) 247 90 86

Vəsiyyətnamə ilə bağlı bilməli olduğunuz detal

Vəsiyyətnamə ilə bağlı bilməli olduğunuz detal

HÜQUQ

55

23.11.2026, 23:32

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

 Vəsiyyətnamədə adınız yoxdur? Bu, miras ala bilməyəcəyiniz demək deyil!

Bunu Oxu24.com-a açıqlamasında vəkil Azər İbrahimov bildirib.

"Bir çox insan düşünür ki, vəsiyyətnamədə adı qeyd olunmayıbsa, miras hüququ da yoxdur. Halbuki qanunvericilik müəyyən şəxslərə vəsiyyətnamədən asılı olmayaraq mirasdan məcburi pay tələb etmək hüququ verir.

 Övladlar, ər-arvad və valideynlər qanunda nəzərdə tutulan hallarda, eləcə də əmək qabiliyyəti olmayan və yetkinlik yaşına çatmayan şəxslər müəyyən şərtlərlə miras hüququna malik ola bilərlər.

Unutmayın, hər bir miras işi fərdi qaydada qiymətləndirilməlidir. Hüquqlarınızı bilmədən qərar verməyə tələsməyin",-deyə vəkil bildirib.

Jalə