Qaynar xətt:

(+99450) 247 90 86

Abbaszadənin boşanma ilə bağlı çıxışı yenidən gündəmdə - Video

Abbaszadənin boşanma ilə bağlı çıxışı yenidən gündəmdə - Video

CƏMİYYƏT

41

24.11.2026, 15:40

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bakı Dövlət Universitetinin yeni rektoru Məleykə Abbaszadənin 2024-cü ildə Firuzə İsmayıla verdiyi müsahibədə boşanma ilə bağlı sözləri yenidən gündəmə gəlib.

Oxu24.com  həmin hissəni olduğu kimi təqdim edir:

“Boşanmaqla mən özüm də rastlaşmışam və mən onu deyə bilərəm ki, boşanan insan yalnız öz yaşadığı insanla boşanır. Uşaqlarla boşanma yoxdur. O uşaq dünyaya gəlibsə, ömür boyu sən o uşağın qayğısına qalmalısan və sən o uşağın həyatında iştirak etməlisən. Uşaqlarla boşanma yoxdur. Elə insanlar, elə analar da var, elə atalar da var ki, boşanandan sonra yenə ailə qururlar və o uşaqlar tənha qalırlar, birinci uşaqlar. Nə deyə bilərəm? O ən çox həmin o insanların özlərinin faciəsidir ki, bir-birinə hörmət saxlayıb, yaxşı alınmadı, hörmət saxlayıb və uşaqların hissləri ilə oynamamaq. Uşaqların taleyində hər iki valideyn eyni səviyyədə məsuliyyət daşıyır. Ona görə də uşaqların taleyində maksimal olaraq iştirak etmək lazımdır və insan onda zənginləşir. Bir insan kimi də zənginləşir, bir şəxs kimi də formalaşır, məsuliyyətli şəxs”, - M.Abbaszadə bildirib.

Qeyd edək ki, Məleykə Abbaszadə xalq yazıçısı Hüseyn Abbaszadənin oğlu İlqar Abbaszadə ilə ailəli olub. Onlar uzun illər əvvəl ayrılıblar. Birgə nikahlarından iki qız övladları dünyaya gəlib. Onlardan biri 2020-ci ildə ürəktutmadan vəfat edib