Qaynar xətt:

(+99450) 247 90 86

Bankir: Gələcəkdə sahibkarlar üçün ödəniş xidmətləri daha ucuz olacaq 

Bankir: Gələcəkdə sahibkarlar üçün ödəniş xidmətləri daha ucuz olacaq 

CƏMİYYƏT

46

24.11.2026, 12:40

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Gələcəkdə kiçik və orta biznes subyektləri üçün ödəniş xidmətləri daha sürətli və ucuz olacaq.

Oxu24.com  xəbər verir ki, bunu “Yelo Bank”ın İdarə Heyəti sədrinin müavini Günay Cəlilova X Beynəlxalq Bankçılıq Forumunda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, kiçik və orta sahibkarlar üçün texnologiyanın özündən daha vacib olan vəsaitin hesaba köçürülmə sürəti və komissiya xərcləridir.

Nağdsız ödənişlərin genişlənməsi banklara sahibkarların biznes strukturu, müştəri davranışları və mövsümi xüsusiyyətləri barədə daha çox məlumat əldə etməyə imkan verir.

Bu məlumatlar əsasında banklar kredit skorinqi modellərini təkmilləşdirə və sahibkarlara bizneslərinin inkişafı üçün uyğun maliyyə məhsulları təqdim edə bilərlər.