“AzInTelecom” Kiberdiplomatiya üzrə II Beynəlxalq Konfransda təmsil olunub
24 Noyabr 2026, 11:40
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
40
24.11.2026, 11:46
Bakı şəhərinin Nizami rayonunda “Vesta Construction” MMC tərəfindən aparılan tikinti işləri ilə əlaqədar sökülmüş mənzillərin əvəzində sakinlərə yeni tikilidə mənzillərin uzun müddət ərzində verilməməsi barədə daxil olmuş məlumatlar əsasında Nizami rayon prokurorluğunda araşdırma aparılıb.
Baş Prokurorluğun Mətbuat xidmətindən Oxu24.com-a verilən məlumata görə, toplanmış materiallar üzrə “Vesta Construction” MMC-nin təsisçisi Ceyhun Quliyevin qulluq mövqeyindən istifadə etməklə vətəndaşları mənzil satışı adı ilə aldadaraq təkrarən dələduzluq etməsinə dair əsaslı şübhələr müəyyən edilib.
İbtidai istinaq materiallarına əsasən Ceyhun Quliyev paytaxtın Nizami rayonu ərazisində, Ş.Mirzəyev küçəsində “Vesta Construction” MMC tərəfindən inşa edilmiş “My Home” yaşayış kompleksində mənzil və digər əmlak almaq istəyən şəxslərə əvvəllər başqa şəxslərə satılmış əmlakları satmasına dair yalan vəd verib aldadaraq etibardan sui-istifadə etməklə bu adla xeyli, külli və xüsusilə külli miqdarda pul vəsaitlərini alıb ələ keçirərək dələduzluq edib, maddi ziyan vurmaqla çoxsaylı zərərçəkmiş şəxslərin hüquqlarına və qanuni mənafelərinə, eləcə də dövlətin və cəmiyyətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan zərər vurub.
Ceyhun Quliyevə Cinayət Məcəlləsinin 178.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə yenidən ittiham elan edilməklə, barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Nizami Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Cinayət işi üzrə 172 şəxsin zərərçəkmiş şəxs qismində tanınması təmin edilməklə, ibtidai istintaq tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
11:56 / 24 Noyabr 2026
1
11:54 / 24 Noyabr 2026
19
11:40 / 24 Noyabr 2026
56
11:36 / 24 Noyabr 2026
57
11:32 / 24 Noyabr 2026
153
11:30 / 24 Noyabr 2026
66
11:29 / 24 Noyabr 2026
77
11:20 / 24 Noyabr 2026
75
11:20 / 24 Noyabr 2026
94
11:10 / 24 Noyabr 2026
91
11:05 / 24 Noyabr 2026
82
11:00 / 24 Noyabr 2026
86
10:49 / 24 Noyabr 2026
105
10:40 / 24 Noyabr 2026
102
10:33 / 24 Noyabr 2026
123
10:23 / 24 Noyabr 2026
95
10:20 / 24 Noyabr 2026
98
10:10 / 24 Noyabr 2026
106
10:04 / 24 Noyabr 2026
276
10:00 / 24 Noyabr 2026
120
09:59 / 24 Noyabr 2026
114
09:55 / 24 Noyabr 2026
146
09:49 / 24 Noyabr 2026
104
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.