Zahid Oruc: "Biz ərazilərimizin itirilməsinə razı olmadığımız kimi, Xəzərin sahillərinin nəzarətsiz qalmasına”…
24 Noyabr 2026, 12:04
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
44
24.11.2026, 11:56
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 24-də Monteneqronun Baş naziri Miloyko Spayiçin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Oxu24.com xəbər verir ki, Prezident İlham Əliyev Azərbaycanla Monteneqronun uzun illərdir dost və tərəfdaş olduğunu deyərək, ölkələrimiz arasında yüksəksəviyyəli münasibətlərin qurulduğunu qeyd edib.
Dövlət başçısı gələn il Monteneqro Prezidentinin ölkəmizə rəsmi səfər edəcəyini bildirib və vurğulayıb ki, bütün bunlar siyasi, iqtisadi, investisiya, həmçinin bir çox digər sahələrdə əlaqələrimizin inkişafında müsbət dinamikanın olduğunu və yaxşı nəticələrin əldə edildiyini göstərir.
Prezident İlham Əliyev Baş nazirin səfərinin uğurlu keçəcəyinə və ikitərəfli əməkdaşlığımızın gücləndirilməsinə mühüm töhfə verəcəyinə əminliyini bildirib.
Bakıda olmaqdan məmnunluğunu ifadə edən Baş nazir Miloyko Spayiç öz növbəsində iki ölkənin uzun müddətdir müxtəlif formatlarda dost və tərəfdaş olduğunu vurğulayıb. Azərbaycanla əlaqələri inkişaf etdirməkdə maraqlı olduqlarını deyən qonaq münasibətlərimizin yaxşı perspektivlərə malik olduğunu qeyd edib.
Miloyko Spayiç Azərbaycanla Ermənistan arasında sülh gündəliyi ilə əlaqədar əldə edilmiş nailiyyətlər münasibətilə dövlət başçısına təbriklərini çatdırıb.
Təbriklərə görə təşəkkürünü bildirən Prezident İlham Əliyev Azərbaycanın regionda sülh gündəliyinin təşəbbüskarı olduğunu deyib və vurğuladı ki, ölkəmiz bölgədə davamlı sülhün, sabitliyin möhkəmləndirilməsi üçün səylərini bundan sonra da davam etdirəcək.
Baş nazir Azərbaycanın Monteneqroya böyük sərmayələr yatırdığını deyərək, bunun ölkə iqtisadiyyatına müsbət təsir göstərdiyini bildirib.
Görüşdə Azərbaycanın Monteneqroda həyata keçirdiyi investisiya layihələrinin gələcəkdə genişləndirilməsi üçün imkanların olduğu da qeyd edilib.
Miloyko Spayiç qarşılıqlı turist axınına toxunaraq bildirib ki, çoxsaylı azərbaycanlı turistlər Monteneqroda, Monteneqro turistləri isə Azərbaycanda özlərini rahat hiss edirlər.
Qonaq bütün bunlara görə dövlət başçısına minnətdarlığını ifadə edib.
Söhbət zamanı infrastruktur layihələri, enerji təchizatı, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

12:04 / 24 Noyabr 2026
1
11:54 / 24 Noyabr 2026
46
11:46 / 24 Noyabr 2026
49
11:40 / 24 Noyabr 2026
68
11:36 / 24 Noyabr 2026
70
11:32 / 24 Noyabr 2026
173
11:30 / 24 Noyabr 2026
75
11:29 / 24 Noyabr 2026
85
11:20 / 24 Noyabr 2026
80
11:20 / 24 Noyabr 2026
101
11:10 / 24 Noyabr 2026
97
11:05 / 24 Noyabr 2026
89
11:00 / 24 Noyabr 2026
99
10:49 / 24 Noyabr 2026
108
10:40 / 24 Noyabr 2026
103
10:33 / 24 Noyabr 2026
126
10:23 / 24 Noyabr 2026
98
10:20 / 24 Noyabr 2026
99
10:10 / 24 Noyabr 2026
107
10:04 / 24 Noyabr 2026
287
10:00 / 24 Noyabr 2026
120
09:59 / 24 Noyabr 2026
114
09:55 / 24 Noyabr 2026
148
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.