Azərbaycanda yeni sənəd hazırlanır - Gələcəkdə məcburi ola bilər
24 Noyabr 2026, 15:41
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
118
24.11.2026, 15:34
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli və müavini Məmməd İbrahimin barələrindəki cinayət işi üzrə qapalı məhkəmə prosesi davam etdirilib.
Oxu24.com "Teleqraf"a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrlik etdiyi iclasda Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin oğlu Timur Mehdiyev və kürəkəni, keçmiş deputat İlham Əlisəftər oğlu Əliyev ifadə veriblər.
Ramiz Mehdiyev özü iclasda iştirak etməyib.
Qeyd edək ki, Əli Kərimli və müavininin işi Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İstintaq Baş İdarəsi tərəfindən istintaq olunub. Onlara qarşı Cinayət Məcəlləsinin 278.1-ci (hakimiyyəti zorla ələ keçirməyə yönələn hərəkətlər) maddəsi ilə yekun ittiham irəli sürülüb.
İstintaq orqanı topladığı dəlil və sübutları ittiham aktı ilə birlikdə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərib.
Bu maddənin sanksiyasında 20 ilə kimi və ya işin hallarından asılı olaraq ömürlük həbs cəzası nəzərdə tutulur.
Ə.Kərimli və M.İbrahim ötən il Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin cinayət işinin davamı olaraq həbs edilib.
Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Murad Aslanovun sədrlik etdiyi kollegiyada Ramiz Mehdiyevin barəsində hökm elan edilib.
Ramiz Mehdiyevin barəsində 14 il azadlıqdan məhrumetmə cəzası təyin olunub.
Mehdiyevin mövcud xəstəlikləri ilə əlaqədar sağlamlıq vəziyyəti və yaşı nəzərə alınmaqla Cinayət Məcəlləsinin 70-ci maddəsinə (şərti məhkum etmə) əsasən təyin edilmiş azadlıqdan məhrumetmə cəzası şərti hesab olunub.
Hökmlə R.Mehdiyevin dövlət təltiflərindən məhrum edilməsi məsələsinə baxılması üçün təqdimat göndərilməsi qərara alınıb.
Ramiz Mehdiyevin əmlakları barəsində dövlət nəfinə keçirilməklə xüsusi müsadirə tətbiq edilib.
Həmçinin oxuyun
15:41 / 24 Noyabr 2026
40
15:40 / 24 Noyabr 2026
1
15:36 / 24 Noyabr 2026
79
15:29 / 24 Noyabr 2026
49
15:17 / 24 Noyabr 2026
58
15:10 / 24 Noyabr 2026
85
15:03 / 24 Noyabr 2026
106
14:40 / 24 Noyabr 2026
63
14:20 / 24 Noyabr 2026
117
14:17 / 24 Noyabr 2026
128
14:05 / 24 Noyabr 2026
95
14:04 / 24 Noyabr 2026
127
13:40 / 24 Noyabr 2026
114
13:31 / 24 Noyabr 2026
823
13:23 / 24 Noyabr 2026
125
13:18 / 24 Noyabr 2026
110
13:11 / 24 Noyabr 2026
149
13:07 / 24 Noyabr 2026
129
13:04 / 24 Noyabr 2026
125
13:01 / 24 Noyabr 2026
119
12:56 / 24 Noyabr 2026
142
12:50 / 24 Noyabr 2026
145
12:48 / 24 Noyabr 2026
131
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.