Qaynar xətt:

(+99450) 247 90 86

Penitensiar sistemdə “kadr boşluğu” necə doldurulacaq? – Hərbi ekspert seçimdə peşəkarlığın vacibliyindən danışdı  

Penitensiar sistemdə “kadr boşluğu” necə doldurulacaq? – Hərbi ekspert seçimdə peşəkarlığın vacibliyindən danışdı  

CƏMİYYƏT

44

24.11.2026, 15:17

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Tibb xidmətində vəzifəyə təyin olunan ehtiyatda olan hərbçilərə xüsusi rütbələrin verilməsi məsələsi gündəmdədir. Bu yanaşma penitensiar sistemdə kadr təminatı və tibbi xidmətin keyfiyyəti ilə bağlı müzakirələri aktuallaşdırıb. Mövzu ilə bağlı Oxu24.com-a danışan hərbi ekspert İbrahim Rüstəmli bu addımın mövcud kadr ehtiyacından və boşluqlardan qaynaqlandığını bildirib. Onun sözlərinə görə, ehtiyatda olan hərbi qulluqçuların bu sahəyə cəlb olunması sistemi gücləndirə və ciddi dönüş yarada bilər. 

Eyni zamanda ekspert seçim prosesində peşəkarlıq meyarının xüsusi əhəmiyyət daşıdığını, kadrların “necə gəldi” seçilməməli və işlərə ən yaxşıların cəlb olunmalı olduğunu vurğulayıb.

“Bu, təbii ki, kadr ehtiyacından yaranır və qaynaqlanır”

İbrahim Rüstəmli bildirib ki, penitensiar xidmətdə, yəni Ədliyyə Nazirliyi sistemində tibbi xidmətə ehtiyatda olan hərbi qulluqçuların cəlb olunması və onlara rütbələrin verilməsi təbii ki, kadr ehtiyacından yaranır və qaynaqlanır:

“Bu istiqamətdə kadr siyasətində ciddi boşluqlar var. Belə hallar ancaq xüsusi zərurət yarandıqda baş verir”

Hərbi ekspert bunu müsbət tendensiya kimi dəyərləndirdiyini söyləyib. O hesab edir ki, ehtiyatda olan hərbi qulluqçulara xüsusi rütbələrin verilməsi və onların tibb xidməti sahəsinə cəlb olunması bu sahədə ciddi dönüş yaradacaq:

“Bu kadrları “necə gəldi” seçmək olmaz və seçərkən onların peşəkarlığına xüsusi diqqət yetirilməlidir. Bütün sahələrdə, ümumiyyətlə, kadrların peşəkarlığı böyük önəm daşıyır”.

“Ən yaxşı kadrlar bu işlərə cəlb olunmalıdır”

İbrahim Rüstəmli vurğulayıb ki, görünür, bu sahədə çox ciddi kadr boşluqları, kadr ehtiyacı yaranıb və bundan çıxış edərək ehtiyatda olan hərbi qulluqçulara həm xüsusi rütbələr verirlər, həm də onların tibb xidmətinə cəlb olunması üçün şərait yaradırlar. Ekspertin fikrincə, bu, təbii ki, kadr potensialını daha da gücləndirəcək və boşluqları aradan qaldıracaq.

O, fikrini bir daha təkrarlayaraq bildirib ki, bu məsələyə də prinsipial yanaşmaq lazımdır və ən yaxşı kadrlar bu işlərə cəlb olunmalıdır.

Kadr potensialının gücləndirilməsi və peşəkar seçim yanaşmasının sistemdəki tibbi xidmətin təşkilinə təsiri dəyişikliklərin tətbiqi gedişində daha aydın görünəcək.

Çimnaz Telmanqızı