Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
31262
az

Ordumuz kazarmaları tərk edir: İrəvanda “yeni Aprel müharibəsi” TƏŞVİŞİ

19:4515 May, 2020
1362
HƏRBİ
  • A

18-22 may tarixində Azərbaycan Ordusunun genişmiqyaslı operativ-taktiki təlimlər keçirəcəyi Ermənistanda qorxu yaradıb.

Publika.az xəbər verir ki, Ermənistanda Azərbaycan Ordusunun genişmiqyaslı əməliyyatlara hazırlaşdığına dair müzakirələr aparılır.

Xüsusilə Azərbaycan Müdafiə Nazirliyinin “düşmən hər hansı bir təxribata cəhd göstərərsə, Azərbaycan Ordusu Ermənistan tərəfinin bu hərəkətinin qarşısını güc tətbiq etməklə dərhal və qətiyyətlə alacaq” bəyanatı İrəvanda narahatlığı artırıb.

Təlimlərə 10 000 nəfərədək şəxsi heyət, 120-dək tank və digər zirehli texnika, 200-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatanlar, 30-dək ordu və cəbhə aviasiyası və müxtəlif təyinatlı pilotsuz uçuş aparatları cəlb olunacaq.

Rəsmi məlumatda deyilir ki, keçirilən təlimlər zamanı döyüş hazırlığı, əməliyyatların planlaşdırılması və hərtərəfli təminatı, müxtəlif qoşun növləri və qismlərinin idarəetmə orqanlarının qarşılıqlı əlaqəsi, həmçinin təlimlərin şərtlərinə uyğun olaraq yaradılan zərbə qruplaşmalarının atəş və manevr imkanları yoxlanılacaq.

“Təlimin niyyətinə əsasən düşmənin əməliyyat düzülüşünün bütün dərinliyindəki müəyyən istiqamətlərdə qoşunların tətbiqi, kütləvi raket və artilleriya, aviasiya bomba-həmlə zərbələrinin endirilməsi, həmçinin silahlanmada olan yüksək dəqiqliyə malik vasitələrin istifadəsi nəzərdə tutulur” – Müdafiə Nazirliyi bəyan edib.

Bu təlimlər mayın 13-də erməni hərbi birləşmələrinin Qazax rayonu istiqamətində təxribat hücumuna əl atması, mülki evlərə hücum etməsi fonunda da diqqət çəkir. Ordumuz təxribatın qarşısını aldı və bir gün sonra 10 min əsgərin iştirak edəcəyi təlimlərin vaxtı açıqlandı.

Qarabağ cəbhəsində gərginlik açıq şəkildə hiss olunur və bu, təkcə hərbi yox, siyasi müstəvidə də belədir.

Erməni şərhçi Naira Ayrumyan yazır ki, indiki vəziyyət 2016-cı ildə “Aprel müharibəsi”ndən öncəki vəziyyətə bənzəyir.

“Cəbhədə müxtəlif toqquşmalar baş verirdi. ABŞ-da “atəşkəsə nəzarət mexanizminin” yaradılması ideyası gündəmə gəlmişdi, rəsmi Bakı “səbrimiz tükənir” mesajını verirdi. AŞPA-da Sərsəng su anbarı haqda və Ermənistanın əleyhinə olan başqa bir qətnamə qəbul olundu. 2016-cı ilin fevralında Azərbaycan Prezidenti Tehrana getdi və Xudafərin körpüsü üzərində hidroelektrik stansiyanın birgə istifadəsi ilə bağlı razılaşma əldə etdi. İndi Xudafərin üzərindəki elektrik stansiyası məsələsi yenidən gündəmə gəlib, beynəlxalq təşkilatlarda Ermənistan əleyhinə olan qərarlar verilir, Rusiya münaqişənin Azərbaycanın maraqlarına uyğun olan “mərhələli həll” variantında həllini önə çəkib, Azərbaycan Ordusu yenidən genişmiqyaslı təlimlərə başlayıb”, - erməni şərhçi belə iddia edir və hesab edir ki, Azərbaycan münaqişənin hərbi yolla həllini yenidən aktuallaşdırır.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Müdafiə təyinatlı məmulatların idxalı vergi və gömrük rüsumundan azad edilir
Yeni alınan hərbi təyyarələr haqda ilginc faktlar: Bir ədədin qiyməti… – VİDEO
İlham Əliyevə hərbi nəqliyyat təyyarəsi təqdim edildi

Almaniyada nadir Roma döyüşçü ayaqqabıları tapıldı

18+

Arvadının videosunu ona göstərən kəndlisini öldürdü - TƏFƏRRÜAT
Gəlin maşınında faciə yaşandı: Uşaq öldü +VİDEO
Sumqayıtda "Zaman maşını”nın, itmiş və parallel dünyanın olduğu yer -“Qurd dərəsi”
Kişmiş suyunun sağlamlığa faydaları
Azərbaycanda HOTELDƏ ÖLÜM