Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
08 May 2026, 20:36
Qaynar xətt:
(+99450) 247 90 86
HƏRBİ
754
15.05.2020, 14:24
Xəbər verdiyimiz kimi, 13 may tarixində saat 12:00-dan başlamaqla Qazax rayonunun Abbasbəyli kəndi, kənd yaxınlığındakı sərhəd-döyüş məntəqələrimiz, həmin istiqamətdə avtomobil yolu ilə hərəkət edən hərbi və mülki nəqliyyat vasitələri İcevan rayonunun Berkaber kəndi yaxınlığında yerləşən Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən iriçaplı silahlardan və snayper tüfənglərindən intensiv atəşə tutulub, bir neçə yaşayış evinin damına zərər dəyib.
Düşmən təxribatının qarşısı alınıb, Ermənistan silahlı qüvvələrinin döyüş mövqeləri cavab atəşi ilə susdurulub.
Həmçinin, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən, mayın 18-dən 22-dək Azərbaycan Ordusunun genişmiqyaslı əməliyyat-taktiki təlimləri keçiriləcək.
Bu təlimlərin Qazax istiqamətində olan təxribatla əlaqəsinin olub-olmadığını öyrənmək məqsədilə ehtiyatda olan polkovnik Şair Ramaldanovla əlaqə saxladıq.
Həmçinin oxuyun
Polkovnik Publika.az-a açıqlamasında bildirdi ki, Azərbaycan Ordusu düşməni layiqli şəkildə susdurmağa və öz torpaqlarını işğaldan azad etməyə hər an hazırdır:
“Düşmənin təxribatı mütəmadi olaraq gah çoxalır, gah da azalır. Onlar daim gərginliyi saxlamaq istəyir. Ermənistan üçün bu gərginlik vacibdir. Bizim üçün əsas missiya isə düşmənin təxribatını layiqli şəkildə cavab atəşi ilə susdurmaqdır. Çünki geridə yaşayış məntəqələrimiz, əhalimiz və önəmli yollarımız var. Qazax istiqamətində Dövlət Sərhəd Xidmətinin hərbçiləri layiqli şəkildə öz xidmətlərini təşkil edirlər. Bu təxribatların törədilmə səbəblərindən biri də düşmənin daxildəki problemlərdən cəmiyyətin diqqətini yayındırmaq istəyidir.
Düşmən cavab atəşini öz mətbuatında işıqlandıraraq, nifrəti Azərbaycana yönəldib problemlərin həllindən kənarlaşmaq istəyir. Təlimlərin isə təxribatla əlaqəsi olmadığını düşünürəm. Azərbaycan döyüş planına uyğun olaraq bir neçə dəfə irimiqyaslı təlimlər reallaşdırıb. Mayın 18-dən 22-dək həyata keçirilməsi planlaşdırılan əməliyyat-taktiki təlimlər də onlardan biridir. Düşmən təlimlərlə bağlı beynəlxalq qurumlara müraciət edib diqqəti bura yönəltmək istəyir. Ancaq bu əsassızdır. Çünki məlum təlimlərin baş tutması Azərbaycanın hüququdur. Bu təlimlər döyüş hazırlığını yüksəltməyə planlanıb. İşğal olunan torpaqlarla bağlı general-polkovnik Zakir Həsənov bir neçə dəfə məruzə edib ki, Azərbaycan Silahlı Qüvvələri Ali Baş Komandanın əmrini yerinə yetirməyə hazırdır”.
11:19 / 09 May 2026
9
11:11 / 09 May 2026
33
11:08 / 09 May 2026
23
10:37 / 09 May 2026
373
10:30 / 09 May 2026
63
10:27 / 09 May 2026
40
10:26 / 09 May 2026
37
10:25 / 09 May 2026
38
10:24 / 09 May 2026
37
10:07 / 09 May 2026
61
10:01 / 09 May 2026
53
01:00 / 09 May 2026
123
00:48 / 09 May 2026
358
00:30 / 09 May 2026
402
00:21 / 09 May 2026
363
00:00 / 09 May 2026
140
23:40 / 08 May 2026
129
23:25 / 08 May 2026
2878
23:17 / 08 May 2026
340
22:47 / 08 May 2026
253
22:38 / 08 May 2026
143
22:28 / 08 May 2026
337
22:14 / 08 May 2026
154
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.