Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
08 May 2026, 20:36
Qaynar xətt:
(+99450) 247 90 86
HƏRBİ
2210
12.05.2020, 01:50
"Nikol Paşiniyanı sələflərindən fərqləndirən ən mühüm cəhət ikiüzlü və qorxaq olmasıdır. O, işğal altında olan torpaqlara səfər etməklə, özünü bütün ermənilərin lideri kimi göstərməyə çalışır. Amma nə qədər çalışsa da, əhali onu qəbul etmir. Çünki xalq da onun nə qədər qorxaq və ikiüzlü olduğunu başa düşüb".
Bu sözləri Redaktor.az-a açıqlamasında Prezident yanında İdarəçilik Akademiyasının baş müəllimi, politoloq Zaur Məmmədov Ermənistan Baş nazirinin Azərbaycanın işğal olunmuş Şuşa şəhərinə “qələbə gününü” qeyd etmək məqsədilə səfərini şərh edərkən deyib. O bildirib ki, Azərbaycan qısa zamanda Paşinyana həddini bildirməlidir:
“Paşniyanın Qarabağa səfəri göstərir ki, Ermənistan tərəfi işğalçılıq siyasətinə son qoymaq istəmir. Ümumiyyətlə, Paşinyan hakimiyyətə gəldiyi ilk gündən ikiüzlü siyasət aparır. Belə ki, o, danışıqlarda özünü bir cür, erməni ictimaiyyətində isə başqa cür göstərir. Əslində o, bununla vaxt qazanmağa çalışır. Bu baxımdan Dağlıq Qarabağ problemini danışıqlar yolu ilə həll etməyə çalışmaq vaxt itkisidir. Bu günə qədər gözləyirdik ki, Rusiya tərəfi Ermənistana Dağlıq Qarabağı boşaltması ilə bağlı təzyiqlər edəcək. Lakin açıq aydın görününr ki, Rusiyanın belə bir niyyəti yoxdur. Buna görə Azərbaycan qısa zamanda Nikol Paşniyana həddini bildirməlidir”.
Həmçinin oxuyun
Politoloq bildirib ki, Ermənistan tərəfi torpaqları sülh yolu qaytarmaq niyyətində deyil:

“Belə görünür ki, Nikol Paşinyan bütün bu addımları ilə Azərbaycanı müharibəyə təhrik edir. Düşünürəm ki, onun işğal altında olan Azərbaycan torpağlarına səfər etməsinin səbəbi də məhz budur. Ümumiyyətlə, bütün bunlar bir daha onu göstərir ki, Ermənistan rəhbərliyində kimin olmasından asılı olmayaraq, düşmən tərəfi Dağlıq Qarabağ məsələsində kompromisə getmək niyyətində deyil”.
01:00 / 09 May 2026
29
00:48 / 09 May 2026
144
00:30 / 09 May 2026
167
00:21 / 09 May 2026
153
00:00 / 09 May 2026
62
23:40 / 08 May 2026
63
23:25 / 08 May 2026
159
23:17 / 08 May 2026
196
22:47 / 08 May 2026
179
22:38 / 08 May 2026
75
22:28 / 08 May 2026
224
22:14 / 08 May 2026
97
22:13 / 08 May 2026
57
22:06 / 08 May 2026
61
21:59 / 08 May 2026
58
21:48 / 08 May 2026
1170
21:39 / 08 May 2026
229
21:29 / 08 May 2026
87
21:10 / 08 May 2026
188
20:52 / 08 May 2026
278
20:48 / 08 May 2026
127
20:36 / 08 May 2026
81
20:18 / 08 May 2026
89
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.