Müdafiə nazirinin ən gənc müavini KİMDİR?
15 Avqust 2026, 19:17
Qaynar xətt:
(+99450) 247 90 86
HƏRBİ
1379
06.05.2025, 10:29
Bu gün şəhid baş leytenant Sahib Daşdəmirovun doğum günüdür.
Oxu24.com xatırladır ki, yaşasaydı,30 yaşını qeyd edəcəkdi.
Daşdəmirov Sahib Natiq oğlu 6 may 1995-ci ildə Bakı şəhəri, Nərimanov rayonunda anadan olub. Əslən qədim Borçalı mahalının (indiki Gürcüstan Respublikasının Bolnisi rayonunun) Saraçlı kəndindəndir.
Nərimanov rayonu 202 nömrəli məktəbdə təhsil alıb. Daha sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində ali hərbi təhsil alıb.
Təhsilini tamamladıqdan sonra Azərbaycan Silahlı Qüvvələrində xidmət edib, "baş leytenant" hərbi rütbəsinə qədər yüksəlib.
Həmin tarixdən etibarən 14 may 2020-ci ilədək isə Murovda (Toğanada) başqa bir hərbi hissədə taqım komandiri olub. 16 fevral 2023-cü ilədək Gədəbəy rayonu ərazisində yerləşən hərbi hissədə bölük komandiri vəzifəsində çalışıb.
2023-cü il fevralın 16-dan Şəhidlik zirvəsinə ucalanadək Xocavənd rayonu ərazisindəki hərbi hissədə taqım komandiri vəzifəsini tutub.
19 sentyabr 2023-cü ildə Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağda keçirilən və bir gün davam edən lokal xarakterli uğurlu antiterror tədbirləri zamanı gedən döyüşlərdə Azərbaycan Silahlı Qüvvələrinin kapitanı olan Daş-dəmirov Sahib Natiq oğlu da iştirak edib və sentyabrın 20-də Xocavənd rayonunun Veysəlli kəndində qəhrəmancasına Şəhidlik zirvəsinə yüksəlib.
Bakı şəhərində, II Şəhidlər Xiyabanında dəfn edilib.Evli idi.
Tanışlarının onun haqqında dedikləri:
“Hər dəfə cəbhədə gərginlik olanda, maraqlanırdıq, həmişə də “mən olan yer sakitlikdir, narahat olmayın”, deyirdi. Şəhid olduğu döyüşdən öncə də dedi ki, biz tərəf sakitlikdir. Bir neçə saat sonra şəhid olub”.
Kiçik yaşlarından vətənpərvərliyi ilə seçilib, “Hərbçi olacağam” deyib. Yaşı az olduğu üçün yaxınları bunun sadəcə bir uşaqlıq arzusu olduğunu düşünüblər. O isə zamanı gəldiyində - 8-ci sinifdə oxuyanda, hərbi liseydə təhsil almaq istədiyini bildirir. Çox həvəsli olduğu və israr etdiyi üçün ailəsi razılaşır, o, hərbi liseydə təhsilə başlayır və bu istiqamətdə davam edir. Ailəsi, döyüş yoldaşları deyirlər ki, vətənpərvərlik onun canında, qanında, ruhunda idi.
Hərbi ilə bağlı arzuları böyük olsa da, cəbhədə gərginlik olduğunda, yaxınları onun üçün narahat olanda deyirmiş: “Hər şey yaxşıdır, narahat olmayın, uzağı Vətən yolunda şəhid olacağıq”. Bəli, o uşaqlıqdan sevdiyi Vətənin torpaqları uğrunda şəhid oldu.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərmiş, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqlənmiş Sahib Natiq oğlu Daşdəmirov ölümündən sonra Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 07 noyabr 2023-cü il tarixli Sərəncamı ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda” medalı ilə təltif olunub.
00:14 / 20 Avqust 2026
35
23:35 / 19 Avqust 2026
37
22:10 / 19 Avqust 2026
67
21:40 / 19 Avqust 2026
66
21:17 / 19 Avqust 2026
70
20:59 / 19 Avqust 2026
63
20:04 / 19 Avqust 2026
77
19:50 / 19 Avqust 2026
81
19:27 / 19 Avqust 2026
97
17:59 / 19 Avqust 2026
106
17:50 / 19 Avqust 2026
93
17:32 / 19 Avqust 2026
115
17:12 / 19 Avqust 2026
112
16:49 / 19 Avqust 2026
102
16:38 / 19 Avqust 2026
81
16:19 / 19 Avqust 2026
105
15:59 / 19 Avqust 2026
94
15:56 / 19 Avqust 2026
74
15:54 / 19 Avqust 2026
121
15:45 / 19 Avqust 2026
93
15:36 / 19 Avqust 2026
122
15:30 / 19 Avqust 2026
92
15:11 / 19 Avqust 2026
113
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.