Müdafiə nazirinin ən gənc müavini KİMDİR?
15 Avqust 2026, 19:17
Qaynar xətt:
(+99450) 247 90 86
HƏRBİ
1918
16.04.2025, 14:36
Bu gün şəhid Müşviq Abbasovun doğum günüdür.
Oxu24.com xəbər verir ki, 55 yaşını qeyd edəcəkdi.
Əsgər Müşviq Abbasov 16 aprel 1970-ci ildə Ağdam rayonunun Abdal Gülablı kəndində anadan olub.
Orta təhsilini bitirdikdən bir müddət sonra Qarabağ müharibəsi başlamış və 2 qardaşı ilə birgə Müşviq də könüllü olaraq həmin müharibədə döyüşməyə başlamışdı. O, bir çox döyüşlərdə və hərbi əməliyyatlarda iştirak etmiş, Ağdam şəhərinin kəşfiyyat komandiri təyin edilmişdi.
Müharibə bitdikdən sonra məcburi köçkün həyatı sürən Müşviq ailəsi ilə birgə Mingəçevirə köçmüş və orada yaşamışdır. 31 mart 1998-ci ildə İntiqam adlı və 31 yanvar 2000-ci ildə Şamil adlı oğlu dünyaya gəlib.
Tovuz döyüşləri zamanı hərbi komissarlığa oğulları ilə birgə getsə də, onu qəbul etmədilər. 26 sentyabr 2020-ci ildə hərbi komissarlığa çağırılan Müşviq Abbasov və 2 oğlu bir gün sonra, 27 sentyabr 2020-ci ildən könüllü olaraq Vətən müharibəsində döyüşə başladılar. Kiçik oğlu Şamil atası ilə çiyin-çiyinə döyüşmüş, böyük oğlu İntiqam isə Suqovuşanda N saylı hərbi hissənin kəşfiyyat bölüyünün baş kəşfiyyatçısı olaraq döyüşlərdə iştirak etmişdir. Müşviq Ağdam istiqamətində bir çox hərbi əməliyyatlarda müvəffəqiyyətlər qazanmışdır. 5 oktyabr 2020-ci ildə Ağdam rayonunun Qərvənd kəndi istiqamətində gedən döyüşlərdə könüllü əsgər Abbasov Müşviq Qabil oğlu qəhrəmancasına Şəhid olmuşdur. Ağdam Şəhərinin Şəhidlər Xiyabanında dəfn olunmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Müşviq Abbasov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Ağdam rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Müşviq Abbasov ölümündən sonra "Ağdamın azad olunmasına görə" medalı ilə təltif edildi.
00:41 / 22 Avqust 2026
100
00:03 / 22 Avqust 2026
106
23:49 / 21 Avqust 2026
70
23:00 / 21 Avqust 2026
76
22:39 / 21 Avqust 2026
111
22:25 / 21 Avqust 2026
119
22:11 / 21 Avqust 2026
119
21:57 / 21 Avqust 2026
133
21:30 / 21 Avqust 2026
124
20:56 / 21 Avqust 2026
123
20:52 / 21 Avqust 2026
75
20:14 / 21 Avqust 2026
87
19:42 / 21 Avqust 2026
99
19:21 / 21 Avqust 2026
103
19:08 / 21 Avqust 2026
181
18:46 / 21 Avqust 2026
113
18:41 / 21 Avqust 2026
85
18:33 / 21 Avqust 2026
105
18:20 / 21 Avqust 2026
85
18:10 / 21 Avqust 2026
123
17:59 / 21 Avqust 2026
109
17:45 / 21 Avqust 2026
135
17:30 / 21 Avqust 2026
114
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.