Müdafiə nazirinin ən gənc müavini KİMDİR?
15 Avqust 2026, 19:17
Qaynar xətt:
(+99450) 247 90 86
HƏRBİ
1753
15.04.2025, 18:52
Bu gün şəhid Şahin Bağırzadənin doğum günüdür.
Oxu24.com xəbər verir ki, onun 23 yaşı tamam olur. Şahin Bağırzadə ömrünün bahar çağında - 18 yaşında şəhid olub.
Sadiq Şahin oğlu Bağırzadə 15 aprel 2002-ci ildə Astaranın Ərçivan qəsəbəsində doğulub. 2008-ci ildə şəhid Natiq Kərimov adına Astara rayon Ərçivan qəsəbəsinin 3 nömrəli tam orta məktəbinin 1-ci sinfinə gedib.
Evin tək oğlu olan Sadiq 2019-cu ildə məktəbi bitirib. Kiçik yaşlarından boksla məşğul olub. Boks üzrə Azərbaycan komandasının üzvü olub. İdman karyerasında medallar qazanıb və diplomla təltif edilib, respublika birincisi olub.
2020-ci il mayın 2-də əsgərliyə yollanıb. Xüsusi təyinatlı kəşfiyyatçı kimi 4 ay ərzində təlimdə olub.
Vətən Müharibəmiz zamanı Kəlbəcər, Cəbrayıl, Füzuli rayonlarının işğaldan azad olunmasında fəal iştirak edib. Ön cəbhədə vuruşub, Murovdağ yüksəkliyinin azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərib, xeyli düşmən əsgərini məhv edib. Sentyabrın 30-da düşmən gülləsinə tuş gələrək şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il dekabrın 15-i tarixli Sərəncamına əsasən Sadiq Bağırzadə ölümündən sonra "Vətən uğrunda" və "Cəsur döyüşçü" medallatı ilə təltif edilib.
Xüsusi Təyinatlı Qüvvələrin ən gənc kəşfiyyatçısı kimi tarixə düşən 18 yaşlı şəhid Sadiq Bağırzadə məktəbdə oxuduğu dövrdə müəllim və şagirdlərin sevimlisi olub. Dərslərində daim fərqlənən Sadiq tarix və idman dərslərinə xüsusi maraq göstərib. Sadiq həmyaşıdları arasında gülərüz və zarafatcıl kimi tanınmışdı.
Hazırladı: Miri Məcidli
09:30 / 22 Avqust 2026
5
09:18 / 22 Avqust 2026
22
09:08 / 22 Avqust 2026
38
09:04 / 22 Avqust 2026
39
09:02 / 22 Avqust 2026
40
00:41 / 22 Avqust 2026
112
00:03 / 22 Avqust 2026
122
23:49 / 21 Avqust 2026
71
23:00 / 21 Avqust 2026
80
22:39 / 21 Avqust 2026
119
22:25 / 21 Avqust 2026
127
22:11 / 21 Avqust 2026
127
21:57 / 21 Avqust 2026
139
21:30 / 21 Avqust 2026
132
20:56 / 21 Avqust 2026
132
20:52 / 21 Avqust 2026
79
20:14 / 21 Avqust 2026
90
19:42 / 21 Avqust 2026
103
19:21 / 21 Avqust 2026
105
19:08 / 21 Avqust 2026
183
18:46 / 21 Avqust 2026
114
18:41 / 21 Avqust 2026
85
18:33 / 21 Avqust 2026
105
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.