Müdafiə nazirinin ən gənc müavini KİMDİR?
15 Avqust 2026, 19:17
Qaynar xətt:
(+99450) 247 90 86
HƏRBİ
1822
15.04.2025, 12:58
Bu gün şəhid İlkin Quliyevin doğum günüdür.
Oxu24.com xatırladır ki,yaşasaydı,23 yaşı olacaqdı.O,18 yaşında şəhadətə ucalıb.
İlkin Quliyev 2002-ci il aprelin 15-də Moskva şəhərində anadan olub. 2007-ci ildə ailəsi ilə birlikdə Bakı şəhərinə köçüb. Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən 310 saylı tam orta məktəbdə orta təhsil alıb. 2019-cu ildən Qərb Universitetinin Kollecində təhsil alıb.
2020-ci ilin aprel ayından hərbi xidmətə başlayıb. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan Vətən müharibəsində Füzuli istiqamətində gedən döyüşlərdə iştirak edib 8 oktyabrda yaralanıb. Təcili olaraq Hərbi Hospitala çatdırılsa da, 10 oktyabr 2020-ci il tarixində Şəhidlik zirvəsinə ucalıb. Sabunçu rayon Şəhidlər Xiyabanında dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il 15 dekabr tarixli Sərəncamına əsasən İlkin Quliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il 25 dekabr tarixli Sərəncamına əsasən İlkin Quliyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
10:10 / 22 Avqust 2026
22
09:50 / 22 Avqust 2026
39
09:30 / 22 Avqust 2026
61
09:18 / 22 Avqust 2026
55
09:08 / 22 Avqust 2026
58
09:04 / 22 Avqust 2026
63
09:02 / 22 Avqust 2026
62
00:41 / 22 Avqust 2026
118
00:03 / 22 Avqust 2026
129
23:49 / 21 Avqust 2026
72
23:00 / 21 Avqust 2026
83
22:39 / 21 Avqust 2026
122
22:25 / 21 Avqust 2026
132
22:11 / 21 Avqust 2026
130
21:57 / 21 Avqust 2026
144
21:30 / 21 Avqust 2026
135
20:56 / 21 Avqust 2026
134
20:52 / 21 Avqust 2026
80
20:14 / 21 Avqust 2026
92
19:42 / 21 Avqust 2026
106
19:21 / 21 Avqust 2026
107
19:08 / 21 Avqust 2026
184
18:46 / 21 Avqust 2026
116
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.