İran ABŞ-yə danışıqlar üçün iki gün vaxt verdi
09 Noyabr 2026, 17:55
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
466
17.11.2021, 19:06
“Ermənistan bu davranışı ilə heç nə əldə edə bilməyəcək, uduzacaq. Azərbaycan tək deyil və tək olmayacaq”.
Oxu24.com xəbər verir ki, bunu Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu Bəhreynin xarici işlər naziri Abdullatif bin Raşid Alzayani ilə keçirdiyi birgə mətbuat konfransında bildirib.
"Şəhidlərə Allahdan rəhmət diləyirəm. Azərbaycan 30 ilə yaxındır işğal altında qalan torpaqlarını 44 gün içərisində geri aldı. Bununla da türkün gücünü və qətiyyətini göstərdi. Azərbaycan yalnız deyil və olmayacaq. Öz torpaqlarını geri alan Azərbaycanın atdığı addımlara baxaq. Hazırda çox əhəmiyyətli layihələr həyata keçirirlər. Azərbaycanın Ermənistana əhatəli sülh müqaviləsi təklif edir. Qalib tərəf məğlub tərəfə deyir ki, gəl, sülh müqaviləsi bağlayaq ki, bir daha aramızda münaqişə olmasın. Ermənistan isə bunlara məhəl qoymayaraq Azərbaycana hücumlar edir. Onlar Azərbaycan torpaqlarında terror hücum həyata keçirir" - o deyib.
Çavuşoğlu vurğulayıb ki, Ermənistan Azərbaycanla sərhəddə təxribatları yenə davam etdirir: "Bu iki yanaşma arasında çox ciddi fərq var. Bu, Ermənistan üçün heç bir nəticə verməyəcək. Bölgənin sabitliyi üçün əməkdaşlıq etmək istəyirik. Biz bunları söylədiyimiz halda, Ermənistan bunları qəbul etmir, qarşılığında nə istədiyini də bildirmir. Buralar Azərbaycan torpağı idi və həmin əraziləri də işğaldan azad etdi. Ermənistan bu cür təxribatlarla nəticə əldə edilə bilməz, yalnız uduzar. Bir tərəfdən əsirlərin verilməsi üçün yalvaran Ermənistan beynəlxalq ictimaiyyəti də çətin vəziyyətə salmağa çalışır. Digər tərəfdən də Azərbaycan hərbçilərinə hücum edir. Onlar bizim də qardaşlarımızdır".
18:02 / 09 Noyabr 2026
3
17:57 / 09 Noyabr 2026
36
17:55 / 09 Noyabr 2026
51
17:38 / 09 Noyabr 2026
124
17:36 / 09 Noyabr 2026
80
17:22 / 09 Noyabr 2026
133
17:14 / 09 Noyabr 2026
91
16:56 / 09 Noyabr 2026
613
16:53 / 09 Noyabr 2026
383
16:43 / 09 Noyabr 2026
189
16:37 / 09 Noyabr 2026
156
16:32 / 09 Noyabr 2026
109
16:28 / 09 Noyabr 2026
95
16:25 / 09 Noyabr 2026
291
16:23 / 09 Noyabr 2026
142
16:19 / 09 Noyabr 2026
147
16:06 / 09 Noyabr 2026
622
15:54 / 09 Noyabr 2026
1218
15:49 / 09 Noyabr 2026
103
15:47 / 09 Noyabr 2026
264
15:45 / 09 Noyabr 2026
386
15:40 / 09 Noyabr 2026
3195
15:34 / 09 Noyabr 2026
100
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.