Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycanla Türkiyəni birləşdirən bağlar siyasi maraq və müvəqqəti proseslərdən daha güclüdür - Rəy 

Azərbaycanla Türkiyəni birləşdirən bağlar siyasi maraq və müvəqqəti proseslərdən daha güclüdür - Rəy 

SİYASƏT

46

09.11.2026, 16:28

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycanla Türkiyəni birləşdirən bağlar siyasi maraqlardan və müvəqqəti proseslərdən daha güclüdür.

Bunu "Report"a açıqlamasında Milli Məclisin deputatı Vasif Qafarov deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin Azərbaycan və Türkiyə arasında nifaq salmaq istəyənlərin öz arzularına çatmayacaqları barədə fikirləri mühüm siyasi mesajdır:

"Bu bəyanat bir daha təsdiqləyir ki, Azərbaycan-Türkiyə münasibətləri ayrı-ayrı siyasi kampaniyalardan, sosial şəbəkələrdəki müzakirələrdən və süni şəkildə yaradılan gərginliklərdən asılı deyil. İki ölkə arasında münasibətlərin təməlində ortaq tarix, dil, mədəniyyət, milli dəyərlər və qarşılıqlı etimad dayanır. Bu əlaqələr yalnız diplomatik münasibətlər deyil, həm də strateji müttəfiqlik səviyyəsinə yüksəlmiş qardaşlıq nümunəsidir. 44 günlük Vətən müharibəsi zamanı Türkiyənin Azərbaycana verdiyi siyasi dəstək, Şuşa Bəyannaməsinin imzalanması bu birliyin konkret təzahürləridir".

Milli Məclisin üzvü bildirib ki, son dövrlərdə müxtəlif dairələr tərəfindən iki ölkə arasında fikir ayrılığı yaratmaq, münasibətlərdə guya soyuqluq olduğunu göstərmək cəhdləri müşahidə olunur:

"Ancaq dövlətlərarası münasibətlər ayrı-ayrı şəxslərin açıqlamaları ilə deyil, dövlətlərin siyasi iradəsi və strateji maraqları ilə müəyyən edilir. Prezident İlham Əliyevin mesajı ondan ibarətdir ki, Azərbaycan öz müstəqil xarici siyasətini həyata keçirir və heç bir qüvvənin Azərbaycanın Türkiyə ilə münasibətlərinə müdaxilə etməsinə imkan verilməyəcək. Azərbaycanla Türkiyəni birləşdirən bağlar siyasi maraqlardan və müvəqqəti proseslərdən daha güclüdür. Bu qardaşlıq hər iki xalqın tarixi yaddaşına və ortaq gələcək hədəflərinə söykənir. Ona görə də iki ölkə arasında nifaq yaratmaq istəyənlərin cəhdləri nəticəsiz qalacaq".

Vasif Qafarov həmçinin Azərbaycan və Türkiyəni birləşdirən bağların siyasi konyunkturadan daha güclü olduğunu söyləyib:

"Bu münasibətlər iki liderin siyasi iradəsi ilə yanaşı, hər iki xalqın tarixi yaddaşına, ortaq dəyərlərinə və qarşılıqlı etimadına söykənir. Ona görə də bu birliyin pozulacağını düşünənlər reallığı düzgün qiymətləndirmirlər. Dövlət başçısının da vurğuladığı kimi, bu qardaşlığı sarsıtmaq istəyənlər öz arzularına çatmayacaqlar".