Departament rəhbəri bu xanım OLDU
09 Noyabr 2026, 16:43
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
102
09.11.2026, 16:53
“Azərbaycanın bir neçə rusdilli saytı Rusiyanın “Telegram” kanallarına istinadən İran kəşfiyyatının Azərbaycan hava limanlarının peyk görüntülərini əldə etdiklərini yazıb. Yayımlanan məlumatlara görə, İran kəşfiyyat məqsədilə Çin kosmik şirkəti olan “Emposat”dan Azərbaycanın hərbi aerodromlarının və hava limanlarının peyk görüntülərini istəyib. Tələb olunan məlumatların Tehrana təqdim edildiyi bildirilib. Söhbət Gəncə, Füzuli, Laçın və Naxçıvan hava limanlarından gedir”.
Oxu24.com xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib:
Politoloq bildirib ki, məlumatda Çinin “Emposat” şirkətinin 2026-cı ilin əvvəlindən İranla əməkdaşlıq etdiyi də yazılıb:
“Bundan başqa Çinin “Earth Eye” şirkətinin də İslam İnqilabı Keşikçiləri Koprusu (SEPAH) ilə peyk üzərindən kəşfiyyat sahəsində əməkdaşlıq etdiyi bildirilib.
Yayımlanan məlumatları nə İran, nə də Çin tərəfi təkzib edib. 2025-ci ilin aprel ayında Azərbaycanla Çin arasında strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında birgə bəyanat imzalanıb. Birgə bəyanatın bəndlərindən biri təhlükəsizlik sahəsində əlaqələrin və mübadilələrin gücləndirilməsinə aiddir. Əgər birgə bəyanatdakı bu bəndə rəğmən, Çin şirkətləri Azərbaycan hava limanlarının peyk görüntülərini SEPAH komandanlığına təqdim ediblərsə, bu, tərəfdaşlığın ruhuna uyğun deyildir.
Çin-İran hərbi əməkdaşlığı heç kimə sirr deyil. Çin İranı gərəkli hərbi təchizatla təmin edir, raket və dron üçün zəruri çiplər Pekindən gəlir. Çin İranın hava müdafiə sistemlərinin qurulmasına da yardım edir. Ancaq iki ölkə arasında hərbi əməkdaşlıq bölgə ölkələrinə qarşı yönəlirsə, bu, ciddi narahatlıq doğurur.
ABŞ-la müharibə zamanı İrandan Azərbaycan ərazisinə – Naxçıvan hava limanı ətrafına 3 dron atıldı. Bunun səbəbi bu günə qədər izah edilməyib. İran parlamentinin mühafizəkar deputatlarından biri bildirmişdi ki, SEPAH Körfəz ölkələri ilə yanaşı Azərbaycana da zərbə vurmağı planlaşdırırmış. Deputanın sözlərinə görə, buna Prezident Məsud Pezeşkian mane olub. Belə çıxır ki, keçmiş mühafizəkar Prezident İbrahim Rəisi helikopter qəzasında həlak olmasaydı və müharibə onun dövründə başlasaydı, İran Azərbaycanı da hədəf seçəcəkdi. İranın Çin şirkətləri vasitəsilə Azərbaycan hava limanlarının peyk görüntülərini əldə etməsi xəbəri doğrudursa, növbəti ABŞ-İran qarşıdurması halında cənub istiqamətindən yenə mümkün təxribatlara hazır olmalıyıq. Azərbaycan-Türkiyə strateji müttəfiqliyinin gücləndirilməsi bu səbəbdən də son dərəcə vacibdir”.
Globalinfo
16:56 / 09 Noyabr 2026
12
16:43 / 09 Noyabr 2026
59
16:37 / 09 Noyabr 2026
70
16:32 / 09 Noyabr 2026
58
16:28 / 09 Noyabr 2026
66
16:25 / 09 Noyabr 2026
141
16:23 / 09 Noyabr 2026
85
16:19 / 09 Noyabr 2026
96
16:06 / 09 Noyabr 2026
207
15:54 / 09 Noyabr 2026
524
15:49 / 09 Noyabr 2026
86
15:47 / 09 Noyabr 2026
206
15:45 / 09 Noyabr 2026
298
15:40 / 09 Noyabr 2026
1140
15:34 / 09 Noyabr 2026
82
15:23 / 09 Noyabr 2026
109
15:13 / 09 Noyabr 2026
124
15:05 / 09 Noyabr 2026
677
15:00 / 09 Noyabr 2026
136
14:58 / 09 Noyabr 2026
105
14:55 / 09 Noyabr 2026
133
14:42 / 09 Noyabr 2026
112
14:37 / 09 Noyabr 2026
103
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.