Rusiya Bakı və İrəvanın adını ÇƏKDİ: Şoyqunun açıqlamasının İLGİNC DETALI
09 Noyabr 2026, 16:56
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
39
09.11.2026, 17:14
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı ərazi bütövlüyünü və suverenliyini tam bərpa edərək çoxəsrlik tarixinin ən şanlı səhifələrindən birini yazıb. Şuşadan başlayan Böyük Qələbə salnaməsi 2023-cü ilin sentyabrında keçirilən uğurlu lokal antiterror tədbirləri ilə öz məntiqi yekununa çatıb, işğaldan azad edilmiş bütün torpaqlarımızda dövlət bayrağımız qürurla dalğalanmağa başlayıb. Bu zəfər yürüşünün ən mühüm mənəvi və siyasi zirvələrindən biri isə dövlətçilik tariximizdə dərin iz qoyan tarixi çıxışlar və müraciətlərdir. Prezident İlham Əliyevin Xankəndidə, şanlı Zəfərin şərəfinə ucaldılmış ikinci Zəfər tağının önündə etdiyi müraciət ölkənin keçdiyi tarixi yolun və qarşıda duran vəzifələrin qiymətləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu çıxışın məhz Xankəndidə səsləndirilməsi ona xüsusi məna verir. Vaxtilə separatizmin və işğalçılıq siyasətinin mərkəzlərindən biri olmuş şəhər bu gün Azərbaycanın suverenliyinin, milli iradəsinin və dövlət gücünün rəmzlərindən birinə çevrilib.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Kamran Bayramov səsləndirib.
Onun sözlərinə görə, Xankəndidəki müraciətin diqqətçəkən məqamlarından biri də keçmiş separatçı qurumun yerləşdiyi binanın gələcək taleyi ilə bağlıdır. Vaxtilə təcavüzün və separatizmin mərkəzlərindən biri olmuş keçmiş icra hakimiyyəti binasında tamamlama işlərindən sonra Zəfər Muzeyi fəaliyyət göstərəcək. Prezident İlham Əliyev 2023-cü ilin oktyabrında həmin binaya səfərini xatırladaraq deyib: “O, bir şeytan yuvası idi. O binaya mən şanlı Zəfərimizdən sonra - 2023-cü ilin oktyabrında gələndə, ilk növbədə, binanın pəncərələrini açdım ki, o şeytan ruhu oradan çəkilsin. İndi həmin o binada Zəfər Muzeyi yerləşəcək”. Bu qərarın rəmzi mənası aydındır: bir vaxtlar işğalçı və separatçı ideologiyanın təmsil olunduğu məkan indi Azərbaycanın tarixi yaddaşına xidmət edəcək. Zəfər Muzeyi gələcək nəsillərə müharibənin tarixini, xalqın iradəsini və dövlətin suverenliyinin bərpasına aparan yolu çatdırmaq baxımından mühüm əhəmiyyət daşıyacaq. Beləliklə, keçmişin ağrılı səhifələri unudulmadan, həmin məkan yeni məzmun və məqsəd qazanacaq. Bu gün azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işləri Azərbaycanın qarşısında duran ən böyük vəzifələrdəndir. İşğal illərində Ermənistan tərəfindən dağıdılmış şəhər və kəndlərin, tarixi abidələrin və məscidlərin yenidən qurulması yalnız tikinti prosesi deyil. Bu, insanların doğma torpaqlarına qayıtması, yaşayış mühitinin bərpası və həmin ərazilərin ölkənin ümumi sosial-iqtisadi həyatına yenidən qoşulması deməkdir”.
Kamran Bayramov vurğulayıb ki, azad edilmiş ərazilərdə hazırda aparılan bərpa və quruculuq işləri Azərbaycanın qarşısında duran ən böyük vəzifələrdəndir. ”İşğal illərində Ermənistan tərəfindən dağıdılmış şəhər və kəndlərin, tarixi abidələrin və məscidlərin yenidən qurulması yalnız tikinti prosesi deyil. Bu, insanların doğma torpaqlarına qayıtması, yaşayış mühitinin bərpası və həmin ərazilərin ölkənin ümumi sosial-iqtisadi həyatına yenidən qoşulması deməkdir. Böyük Qayıdış Proqramı bu məqsədə xidmət edən əsas strateji istiqamətlərdən biridir. Artıq 100 minə yaxın insanın azad edilmiş ərazilərdə məskunlaşması, yaşaması və çalışması bu prosesin mühüm nəticəsidir. Lakin qayıdışın uğuru yalnız insanların say göstəricisi ilə ölçülməməlidir. Əsas məsələ həmin ərazilərdə normal həyatın, məşğulluğun və davamlı iqtisadi fəaliyyətin formalaşmasıdır. Qarabağın dirçəldilməsi uzunmüddətli yanaşma və ardıcıl dövlət siyasəti tələb edən bir prosesdir. Böyük Qayıdış Proqramı çərçivəsində həyata keçirilən bu misilsiz layihələr Azərbaycan dövlətinin iqtisadi gücünü və öz resurslarına arxalanaraq hansı miqyasda möcüzələr yaratmağa qadir olduğunu aydın göstərir. Dağıdılmış şəhərlərin yerində müasir infrastrukturun, "ağıllı kənd" və “ağıllı şəhər” konsepsiyalarının tətbiqi Qarabağı və Şərqi Zəngəzuru regionun ən inkişaf etmiş və yaşayış üçün əlverişli bölgələrindən birinə çevirir", - deyə deputat diqqətə çatdırıb.
O bildirib ki, Prezidentin müraciətində azərbaycançılıq məfkurəsinə xüsusi yer ayrılması müstəsna əhəmiyyət kəsb edir. Çünki güclü dövlət yalnız iqtisadi və hərbi imkanlarla deyil, onu birləşdirən mənəvi dəyərlərlə də formalaşır:”Azərbaycançılıq məfkurəsi ölkədə yaşayan müxtəlif etnik qrupların və dini icmaların nümayəndələrini vahid ailə kimi birləşdirən, ümumi dövlətçilik maraqları ətrafında səfərbər edən əsas ideoloji dayaqlardan biridir. Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu bu ideologiya Azərbaycanın mürəkkəb siyasi, hərbi, iqtisadi və humanitar sınaqlardan keçdiyi dövrlərdə milli birliyin qorunmasına xidmət edib. Onun mahiyyəti insanların etnik mənsubiyyətindən və dini inancından asılı olmayaraq özlərini vahid dövlətin bərabərhüquqlu üzvləri kimi hiss etməsindədir. Müxtəlifliyin ümumi vətəndaşlıq kimliyi ilə uzlaşdırılması Azərbaycanın ictimai həyatının mühüm xüsusiyyətlərindəndir. Xankəndi Zəfər tağı önündən ucalan bu tarixi mesajlar yalnız keçmişə baxış və qazanılmış böyük Qələbənin təsdiqi deyil, həm də gələcək inkişafın, regionda sülhün və dayanıqlı təhlükəsizliyin təmin edilməsinə yönəlmiş aydın strategiyanın təzahürüdür. Bu müraciət Azərbaycan dövlətinin sarsılmaz iradəsini, yenilməz ordu-xalq birliyini və Qarabağın yenidən dirçəlişinə olan dərin inamını bütün dünyaya bir daha nümayiş etdirdi. Dövlətimizin başçısının Xankəndidən verdiyi tarixi bəyanatlar bir daha təsdiqləyir ki, Azərbaycan öz suverenliyini tam təmin etmiş, tarixi ədaləti bərpa etmiş güclü və yenilməz bir dövlətdir. Xankəndi Zəfər tağı və onun fonunda ucalan müqəddəs bayrağımız əbədi müstəqilliyimizin, sarsılmaz birliyimizin və gələcəyə inamla addımlayan böyük Azərbaycanın rəmzi olaraq dalğalanmaqda davam edəcək".
17:22 / 09 Noyabr 2026
1
16:56 / 09 Noyabr 2026
206
16:53 / 09 Noyabr 2026
164
16:43 / 09 Noyabr 2026
91
16:37 / 09 Noyabr 2026
100
16:32 / 09 Noyabr 2026
73
16:28 / 09 Noyabr 2026
78
16:25 / 09 Noyabr 2026
187
16:23 / 09 Noyabr 2026
106
16:19 / 09 Noyabr 2026
121
16:06 / 09 Noyabr 2026
267
15:54 / 09 Noyabr 2026
703
15:49 / 09 Noyabr 2026
91
15:47 / 09 Noyabr 2026
223
15:45 / 09 Noyabr 2026
330
15:40 / 09 Noyabr 2026
1785
15:34 / 09 Noyabr 2026
87
15:23 / 09 Noyabr 2026
116
15:13 / 09 Noyabr 2026
132
15:05 / 09 Noyabr 2026
739
15:00 / 09 Noyabr 2026
145
14:58 / 09 Noyabr 2026
109
14:55 / 09 Noyabr 2026
140
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.