Paşinyanın 48 saatı qaldı
09 Noyabr 2026, 16:23
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
70
09.11.2026, 17:55
İran ABŞ ilə sülh danışıqlarının bərpası üçün irəli sürdüyü müddəti yeddi gündən iki günə endirib.
Oxu24.com xəbər verir ki, bu barədə “Reuters” agentliyi İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayiyə istinadən məlumat yayıb.
Bəqayi həftəlik mətbuat konfransında Tehranın danışıqların bərpası ilə bağlı şərtlərini müdafiə edərək onları ən məntiqli təklif adlandırıb:
“Danışıqlar başlamazdan əvvəl ABŞ-nin qanunsuz sanksiyalarının və dəniz blokadasının aradan qaldırılmasını, eləcə də bütün cəbhələrdə hərbi əməliyyatların dayandırılmasını tələb etmək məntiqsizdirmi?”
Bununla da İran rəsmisi ABŞ Dövlət katibi Marko Rubionun Tehranın bəzi şərtlərini “qəbuledilməz, absurd və gülünc” adlandırmasına cavab verib.
Bəqayi həmçinin ABŞ-nin İranla sərhəd keçidlərinin böyük hissəsini bağlaması üçün İraqa təzyiq göstərdiyini iddia edib. O, bunun Tehranla Bağdad arasındakı münasibətlərə təsir etməməli olduğunu vurğulayıb.
Qeyd edək ki, Rubio İranla danışıqlarda irəliləyiş əldə olunması perspektivinə şübhə ilə yanaşdığını bildirib.
ABŞ Prezidenti Donald Tramp isə danışıqlarda ciddi irəliləyiş olacağı təqdirdə İrana yeni zərbələr endirilməsi barədə əmr verməyəcəyini açıqlayıb.
18:02 / 09 Noyabr 2026
3
17:57 / 09 Noyabr 2026
36
17:38 / 09 Noyabr 2026
124
17:36 / 09 Noyabr 2026
80
17:22 / 09 Noyabr 2026
133
17:14 / 09 Noyabr 2026
91
16:56 / 09 Noyabr 2026
613
16:53 / 09 Noyabr 2026
383
16:43 / 09 Noyabr 2026
189
16:37 / 09 Noyabr 2026
156
16:32 / 09 Noyabr 2026
109
16:28 / 09 Noyabr 2026
95
16:25 / 09 Noyabr 2026
291
16:23 / 09 Noyabr 2026
142
16:19 / 09 Noyabr 2026
147
16:06 / 09 Noyabr 2026
622
15:54 / 09 Noyabr 2026
1218
15:49 / 09 Noyabr 2026
103
15:47 / 09 Noyabr 2026
264
15:45 / 09 Noyabr 2026
386
15:40 / 09 Noyabr 2026
3195
15:34 / 09 Noyabr 2026
100
15:23 / 09 Noyabr 2026
134
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.