Qaynar xətt:

(+99450) 247 90 86

Güclü qar yağdı: Yollar bağlandı

Güclü qar yağdı: Yollar bağlandı

CƏMİYYƏT

98

09.11.2026, 14:22

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Quba və Qusar rayonlarının yüksək dağlıq ərazilərinə güclü qar yağıb.

Oxu24.com-un məlumatına görə, qar örtüyünün hündürlüyü Quba rayonunun Qrız kəndində 27 santimetr, Xınalıq kəndində 25 santimetr, Qusar rayonunun Laza kəndində isə 20 santimetrə çatıb.

Qeyd edək ki, güclü qar yağması səbəbindən səhər saatlarında Quba-Xınalıq avtomobil yolu bağlanıb. Hazırda yol qar və buzdan təmizlənərək nəqliyyat vasitələrinin hərəkəti üçün açılıb.