Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
61317
az

Ermənistanın dünən verdiyi itkilər üzə çıxdı - ŞOK RƏQƏMLƏR

18:5017 Noyabr, 2021
2722
REDAKTORUN SEÇİMİ
  • A

Ermənistan silahlı qüvvələrinin bölmələri noyabrın 16-da dövlət sərhədinin Kəlbəcər və Laçın rayonları sahəsində ölkəmizə qarşı uğursuz genişmiqyaslı təxribatlar törədib.

Azərbaycanın Ordusu tərəfindən görülən qəti tədbirlər nəticəsində qarşı tərəfin hücumunun qarşısı alınıb, Ermənistan silahlı qüvvələrinin bölmələri canlı qüvvə və texnika sarıdan itki verərək geri çəkilməyə məcbur edilib.

Oxu24.com bildirir ki, dünənki döyüşlərdə Ermənistan Silahlı Qüvvələrinin 23 hərbçisi həlak olub, 46 nəfər yaralanıb. Yaralıların 14 nəfərinin vəziyyəti ağırdır.

İki strateji yüksəklik düşməndən azad olunub, ermənilərin iki postu darmadağın edilib.

Ermənistan Silahlı Qüvvələrinə məxsus minaatanlar, iri və orta çaplı pulemyotlar, dəzgah minatanlar (AQS tipli), müxtəlif markalı snayper və anti-snayper tüfəngləri, tank əleyhinə reaktiv qurğular, əl qumbaraları, gecəgörmə və nişan-hədəfalma cihazları, müxtəlif çaplı patronlar, piyada və tank əleyhinə minalar, avtomobillər, hərbi texnika və s. hərbi qənimət qismində ələ keçirilib. Milli.Az

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Seymur Alişanov qətlə yetirilib
Türkiyə tərəfi Rəisinin helikopteri ilə bağlı sensassion açıqlama YAYDI
DİN vətəndaşlara çağırış edir: Diqqətli olun!