4 şəhərimizdəki hava limanlarının koordinatlarını SEPAH-a kim ötürüb? – ŞOK AD
09 Noyabr 2026, 16:53
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
47
09.11.2026, 17:22
Ötən gündən başlayaraq şimal-qərb bölgəsində qeyri-sabit hava şəraiti hökm sürür. Bir sıra rayonların ucqar kəndlərinə qar yağıb. İlk qar düşən ərazilərdən biri də Qaxın ucqar yaşayış məntəqələridir.
Oxu24.com xəbər verir ki, Qax rayonunun İlisu və Sarıbaş kəndlərinə daha çox qar yağıb. Yağıntı dağ kəndlərində havanın temperaturunu da aşağı salıb. Sakinlərin sözlərinə görə, gecə saatlarında ərazidə temperatur 4–6 dərəcəyədək enir. Məlumata əsasən, son 10 ildə ilk dəfədir ki, noyabrın ilk ongünlüyündə bölgəyə qar yağır. Sakinlər ilk qarı ruzi-bərəkət əlaməti kimi qiymətləndirirlər.
İlisu kənd sakini Elvin Məmmədov noyabrın ilk günlərində qarın yağmasını qeyri-adi hal hesab edir. Çünki İlisuda qar əsasən dekabr, yanvar və fevral aylarında yağır.
Digər kənd sakini Həmzə Həmzəyev yağan qarın gözəl mənzərə yaratdığını, müxtəlif xəstəliklərin qarşısını aldığını və təsərrüfatdakı ziyanvericiləri məhv etdiyini bildirib. Bununla yanaşı, o, kənd sakinlərinin qışa hələ tam hazır olmadıqlarını da əlavə edib.
Qeyd edək ki, İlisu kəndi dəniz səviyyəsindən 1400, Sarıbaş kəndi isə 1800 metr yüksəklikdə yerləşir. Hazırda qarın qalınlığı Sarıbaşda 10, İlisuda isə 5 santimetr təşkil edir.
Azərtac
17:14 / 09 Noyabr 2026
35
16:56 / 09 Noyabr 2026
206
16:53 / 09 Noyabr 2026
164
16:43 / 09 Noyabr 2026
91
16:37 / 09 Noyabr 2026
100
16:32 / 09 Noyabr 2026
73
16:28 / 09 Noyabr 2026
78
16:25 / 09 Noyabr 2026
187
16:23 / 09 Noyabr 2026
106
16:19 / 09 Noyabr 2026
121
16:06 / 09 Noyabr 2026
267
15:54 / 09 Noyabr 2026
703
15:49 / 09 Noyabr 2026
91
15:47 / 09 Noyabr 2026
223
15:45 / 09 Noyabr 2026
330
15:40 / 09 Noyabr 2026
1785
15:34 / 09 Noyabr 2026
87
15:23 / 09 Noyabr 2026
116
15:13 / 09 Noyabr 2026
132
15:05 / 09 Noyabr 2026
739
15:00 / 09 Noyabr 2026
145
14:58 / 09 Noyabr 2026
109
14:55 / 09 Noyabr 2026
140
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.