COP31-də Heydər Əliyev Fondu və Sıfır Tullantı Fondunun birgə pavilyonu açılıb - FOTO
11 Noyabr 2026, 17:16
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
1249
15.07.2021, 22:23
“Ermənitan XİN-i Azərbaycan daxilində səfər barəsində heç bir diplomatik nümayəndəliyə xəbərdarlıq edə biməz. Çünki Azərbaycan Respublikasının ərazisində akreditasiya olunan xarici səfirin Azərbaycan torpaqlarında hara getməsini Ermənistan XİN-i müəyyən etmir. Bu Azərbaycan XİN-nin onlara ünvanlanan cavabında da qeyd olunub”.
KONKRET.az xəbər verir ki, bu sözləri iyulun 10-da diplomatların Şuşaya səfərini etirazla qarşılayan Ermənistan hakimiyyəti barədə fikirlərini bildirən politoloq Fərhad Məmmədov söyləyib.
Onun sözlərinə görə, seçkidən sonra Ermənistan XİN rəhbəri və onun müavinlərinin vəzifələri boş olduğu dövrdə belə bir hərəkətin məhz Nikol Paşinyanın göstərişi ilə həyata keçirilməsinə heç bir şübhə yoxdur:
“Bu bizim üçün seçkidən sonra Paşinyanın hansı fikirlə gəlməsi barədə siqnal verir. Bax, bu məsələ bizim üçün bir göstəricidir. Düşünürəm ki, bu ən neqativ ssenarinin olacağına işarədir”.
Fərhad Məmmədov Azərbaycanın təmkinlə Ermənistandakı seçkiləri və orada hökümətin formalaşmasını gözlədiyini də vurğulayıb:
“Amma görünən odur ki, nəticədə 2019-cu ildə baş verən hadisələr təkrarlanır. O zaman da seçkilərdən əvvəl Paşinyan Azərbaycan Prezidentinə Düşənbədə daha çox konstruktiv olacağı barədə vədlər verirdi. Lakin seçkilərdən sonra o, tamamilə gündəliyi dəyişərək daha sərt provakativ formada öz fəaliyyətini davam etdirdi. Nəticədə onu deyə bilərəm ki, Ermənistanın dünənki hərəkətləri – səfirlərə etiraz bildirmələri provakasiya miqyasına görə vaxtilə Qarabağ Ermənistandır nöqtə ifadəsi ilə eyniləşdirilə bilər. Bu bəyanatdan sonra hamı Ermənistanın başına nələr gəldiyni gördü. Əfsuslar olsun ki, Paşinyan bundan dərs çıxarmadı və böyük ehtimala Azərbaycan tezliklə ona verdiyi bəyanatları və etdiyi təxribatlarını xatırladacaq”./bizimmedia/
17:42 / 11 Noyabr 2026
107
17:40 / 11 Noyabr 2026
61
17:35 / 11 Noyabr 2026
125
17:16 / 11 Noyabr 2026
80
17:13 / 11 Noyabr 2026
131
17:12 / 11 Noyabr 2026
82
16:35 / 11 Noyabr 2026
101
16:07 / 11 Noyabr 2026
114
16:04 / 11 Noyabr 2026
267
16:01 / 11 Noyabr 2026
116
16:00 / 11 Noyabr 2026
96
15:50 / 11 Noyabr 2026
111
15:50 / 11 Noyabr 2026
118
15:40 / 11 Noyabr 2026
102
15:31 / 11 Noyabr 2026
844
15:27 / 11 Noyabr 2026
835
15:13 / 11 Noyabr 2026
121
15:07 / 11 Noyabr 2026
197
14:51 / 11 Noyabr 2026
139
14:43 / 11 Noyabr 2026
235
14:39 / 11 Noyabr 2026
432
14:36 / 11 Noyabr 2026
146
14:26 / 11 Noyabr 2026
5833
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.