Fərhad Qaraşov yenidən sədr seçildi - İdarə Heyətinin üzvləri onlar oldu
11 Noyabr 2026, 15:50
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1194
22.07.2021, 19:37
"Sərt karantin rejimi o halda tətbiq olunur ki, yoluxanların sayında ciddi artım müşahidə olunsun və xəstəxanaların xəstə qəbul etməsində problemlər yaranmağa başlasın".
Bunu Oxu24.com-a açıqlamasında həkim-infeksionist Nilufər Məmmədova deyib.

İnfeksionist bildirib ki, simptomları olan şəxslər test verdirmədən məclislərə qatılmasınlar:
"Yaxın bir 10 gün ərzində yoluxanların sayında ciddi artım müşahidə olunacağını düşünmürəm. Qonşu və dünyanın digər ölkələrinə baxsaq bu dalğanın əksər ölkələrdə ciddi qapanmalara, sərt karantin rejiminə gətirib çıxaracağının şahidi ola bilərik. Hələ ki, Azərbaycan üçün belə bir təhlükə yaşanmır və bir tərəfdən şanslıyıq ki, yay aylarında bu xəstəliyin hava damcı infeksiyalarında qış aylarına nisbətən daha az yayılması müşahidə olunur. Bu, onunla bağlıdır ki, insanlar qapalı məkanlardan az istifadə edirlər, daha çox açıq məkanlarda olurlar. Həmçinin də təhsil müəssisələrinin bu xəstəliyin yayılmasında ciddi şəkildə yayılmasında rol oynadığını nəzərə alsaq, məktəblər, ali təhsil müəssisələri də qapalı olduğu üçün bir növ xəstəliyin daha çox yayılmasının qarşısını alır.

Təhlükəni yalnız toyların, digər məclislərin qapalı məkanlarda təşkil olunmasında görürəm. Bunu da müvafiq qurumla ciddi nəzarətə götürsələr toyların və məclislərin təşkil olunmasında vaksin "pasport"u olmayanların, xəstələrin içəri buraxılmamasına ciddi nəzarət olunsa, oradan da xəstəliyin yayılması baxımından özümüzü sığortalaya bilərdik. Amma təəssüf ki, bu günlərdə bu şəkildə məclislərdə vaksin "pasport"u olmayanlar və qoyulan tələblərdən daha çox insanların məclisə cəlb olunmasını görürük ki, bu da bizi və doğmalarımızı riskə atmış olur.

Qorunma tələblərinə (əl gigyenası, sosial məsafə, maska - red) ciddi şəkildə riayət olunsa, qapalı məkanların tez-tez havalandırılması, daha çox açıq məkanlardan istifadə olunması və vaksinasiya prosesi tam sürəti ilə davam etsə, əslində bu dalğadan da biz ən az ziyanla xilas ola bilərik. Ona görə də əhalini daha çox bir qədər səbrli olub, bu dalğanı da atlatmaqda mütəxəssislərə, müvafiq qurumalara kömək etməyə çağırırıq. Xüsusən də qapalı məkanlarda keçirilən məclislərə simptomları olan şəxslərin getməməsini xahiş edirik. Çünkü özləri də bilmədən "Mənə soyuq olub", "Sadəcə öskürürəm, sadəcə burnum axır" və yaxud temperaturum yoxdur və s. kimi şikayətlərim yoxdur deməklə özləri də bilmədən saysız-hesabsız insanların kütləvi yoluxmasına səbəb ola bilərlər. Ona görə burun axıntısı, öskürək, boğaz ağrısı, hərarət, baş ağrısı, ihsal - qarıngetmə, ürəkbulanma və s. ümumi zəiflik kimi simptomları olan şəxslərin test verdirmədən məclislərə qatılmaması məsləhətdir".
15:50 / 11 Noyabr 2026
1
15:50 / 11 Noyabr 2026
6
15:40 / 11 Noyabr 2026
26
15:31 / 11 Noyabr 2026
124
15:27 / 11 Noyabr 2026
215
15:13 / 11 Noyabr 2026
87
15:07 / 11 Noyabr 2026
104
14:51 / 11 Noyabr 2026
101
14:43 / 11 Noyabr 2026
152
14:39 / 11 Noyabr 2026
154
14:36 / 11 Noyabr 2026
93
14:26 / 11 Noyabr 2026
225
14:13 / 11 Noyabr 2026
700
13:58 / 11 Noyabr 2026
272
13:54 / 11 Noyabr 2026
530
13:48 / 11 Noyabr 2026
153
13:44 / 11 Noyabr 2026
205
13:41 / 11 Noyabr 2026
113
13:33 / 11 Noyabr 2026
267
13:27 / 11 Noyabr 2026
180
13:19 / 11 Noyabr 2026
108
13:13 / 11 Noyabr 2026
113
12:57 / 11 Noyabr 2026
180
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.