Qaynar xətt:

(+99450) 247 90 86

İş yerini qarşılıqlı dəyişmək istəyən müəllimlərin NƏZƏRİNƏ

İş yerini qarşılıqlı dəyişmək istəyən müəllimlərin NƏZƏRİNƏ

CƏMİYYƏT

65

24.09.2026, 22:25

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesinin sənəd yoxlanışı mərhələsinə başlanılır.

Oxu24.com  xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

Məlumata görə, iş yerini qarşılıqlı dəyişdirmək üçün müraciətini təsdiqləmiş müəllimlərin şəxsi səhifələrinə sənədlərin yoxlanılacağı məkan, tarix və saat barədə məlumatlar göndərilib.

Qeyd edək ki, 28-29 sentyabr tarixlərində təşkil olunacaq prosesdə sənədlərin yoxlanılması mərhələsində 288 nəfər müəllimin iştirakı nəzərdə tutulur.

Müəllimlər şəxsi səhifələrinə daxil olaraq sənədlərin yoxlanılması mərhələsi ilə bağlı məlumatlarla tanış ola bilərlər.Redaktor.az