Sabah Azərbaycanda güclü külək əsəcək - Xəbərdarlıq
04 Noyabr 2026, 17:12
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
371
24.09.2026, 21:12
Buraxılış və qəbul imtahanlarına qanunsuz texniki vasitələrin keçirilməsi ilə bağlı cinayət işi üzrə təqsirləndirilən Kamran Əsədov və Gündüz Abbasovla bağlı məhkəmə prosesi davam etdirilib.
Oxu24.com xəbər verir ki, bu gün Gəncə Şəhər Məhkəməsində hakim Elçin Məmmədovun sədrliyi ilə keçirilən prosesdə Kamran Əsədov vəkilini dəyişdiyini bildirib.
Yeni təyin olunan vəkil işlə tanış olmaq üçün vaxt istəyib. Məhkəmənin növbəti iclası oktyabrın 2-nə təyin edilib.
Qeyd edək ki, Baş Prokurorluğun Mətbuat Xidmətinin yaydığı məlumatda bildirilib ki, ali məktəblərə qəbul və buraxılış imtahanlarında iştirak etmiş şəxslərə imtahan qaydalarına zidd olaraq köməklik göstərilməsinə dair Dövlət İmtahan Mərkəzindən Dövlət Təhlükəsizliyi Xidmətinə daxil olmuş məlumatlar əsasında başlanmış cinayət işinin ibtidai istintaqı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində davam etdirilib.
İbtidai istintaqla fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan Gündüz Yaşar oğlu Abbasovun təşkil etdiyi hazırlıq kursunun abituriyent və şagirdlərinə ali məktəblərə qəbul və buraxılış imtahanlarının gedişində testləri cavablandırmağa kömək etmək məqsədilə gizli qaydada informasiya alınması üçün nəzərdə tutulan texniki vasitələri qanunsuz olaraq hazırlamasına, habelə Kamran Alim oğlu Əsədov ilə cinayət əlaqəsinə girməklə 3 nəfər və şəxsən 8 nəfər olmaqla, ümumilikdə 11 nəfərin üzərinə həmin texniki vasitələri quraşdırmaqla onlara köməklik göstərmələrinə əsaslı şübhələr müəyyən edilib.
Bundan başqa, Sumqayıt şəhəri ərazisində Sənan Rasim oğlu Hüseynovun xüsusi icazə almadan müvafiq normativ-hüquqi aktların tələblərinə zidd olaraq, gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş və mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən 31 ədəd texniki vasitənin satışını həyata keçirməsinə əsaslı şübhələr müəyyən olunub.
Toplanmış sübutlara əsasən, Gündüz Abbasova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 302.3 (gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələri qanunsuz olaraq satma və satış məqsədilə əldə etmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), Kamran Əsədova həmin Məcəllənin 302.3 və 32.5, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmədə köməkçilik), Sənan Hüseynova isə həmin Məcəllənin 302.3-cü maddələri ilə ittiham elan edilib, Gündüz Abbasov barəsində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs, digər şəxslərin barəsində isə istintaq orqanının qərarı ilə həbslə bağlı olmayan qətimkan tədbirləri seçilib.
Cinayət işləri üzrə ibtidai istintaq tamamlanmaqla baxılması üçün aidiyyəti üzrə məhkəmələrə göndərilib.
Qeyd edilib ki, Kamran Əsədov əvvəllər də Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4 və 310-cu maddələri ilə cinayət məsuliyyətinə olunaraq məhkəməyə verilib və məhkəmənin 18.02.2015-ci il tarixli hökmü ilə cərimə (əlavə) və qazancının 15%-i dövlət nəfinə tutulmaqla 2 il müddətinə islah işləri (əsas) cəzasına məhkum edilib.
17:13 / 04 Noyabr 2026
1
17:12 / 04 Noyabr 2026
6
17:02 / 04 Noyabr 2026
57
16:58 / 04 Noyabr 2026
33
16:54 / 04 Noyabr 2026
78
16:49 / 04 Noyabr 2026
51
16:34 / 04 Noyabr 2026
262
16:32 / 04 Noyabr 2026
60
16:22 / 04 Noyabr 2026
113
16:21 / 04 Noyabr 2026
96
16:20 / 04 Noyabr 2026
81
16:19 / 04 Noyabr 2026
89
16:13 / 04 Noyabr 2026
80
16:12 / 04 Noyabr 2026
149
16:10 / 04 Noyabr 2026
108
16:04 / 04 Noyabr 2026
144
16:03 / 04 Noyabr 2026
85
15:43 / 04 Noyabr 2026
108
15:33 / 04 Noyabr 2026
1511
15:00 / 04 Noyabr 2026
135
14:58 / 04 Noyabr 2026
891
14:57 / 04 Noyabr 2026
99
14:48 / 04 Noyabr 2026
337
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.