Anar Bayramovdan YENİ AÇIQLAMA
04 Noyabr 2026, 10:50
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
344
24.09.2026, 21:48
Azərbaycan Respublikasının Milli Qəhrəmanı Əhmədov Mübariz Əlizadə oğlu 1 yanvar 1963-cü ildə Sabirabad rayonunun Qaratəpə kəndində dünyaya göz açıb.
1969-cu ildə burada beynəlmiləl orta məktəbə getmişdir. 1977-ci ildə səkkizinci sinfi bitirib, Sankt-Peterburq Kino Texnikumuna daxil olur. Lakin buradakı iqlim şəraitinə
uyğunlaşa bilmədiyindən doğma kəndinə qayıdır və təhsilini davam etdirir. 1980-ci ildə M.F.Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutuna (Slavyan Universiteti - red.) imtahan verir. O, üçüncü kursda oxuyarkən ordu sıralarına çağırılır. 1985-ci ildə ordudan tərxis olunduqdan sonra yenidən təhsilini davam etdirir. O, 1988-ci ildən başlayaraq respublikamızda gedən ictimai-siyasi hadisələrə biganə qalmır, Meydan hərəkatının fəal iştirakçısı olur. 1989-cu ildə Mübariz özünümüdafiə batalyonuna könüllü yazılır və Qarabağın müdafiəsinə qoşulur. O, Ağdam rayonundakı hərbi hissənin bölük komandiri kimi ilk döyüşə atılır. Sonra Dovşanlı, Xramort, Qazançı, Əsgəran, Pircamal, Aranzəmin, Ağbulaq, Yenikənd, Naxçıvanik, Abdal-Gülablı, Kətik, Dəhraz, Xanabad və Şuşa uğrunda gedən döyüşlərdə mərdliklə vuruşmuş, öz rəşadətilə ad-san qazanmışdı. Ağdam rayonunun Abdal-Gülablı kəndində 1992-ci ilin 24 sentyabrda düşmən gecəyarıdan başlayaraq kəndi ağır silahlarla atəşə tutur. Döyüşçülərimiz qələbə əzmi ilə əks-hücuma keçirlər. Qəflətən yaxınlıqda mərmi partlayır. Mübariz ağır yaralanır. Onu döyüşzonasından uzaqlaşdırırlar. Lakin onu ölümün pəncəsindən xilas etmək mümkün olmadı.
Sabirabad rayonunun Qaratəpə kəndindəki Şəhidlər xiyabanında dəfn edilmişdir. Subay idi. Azərbaycan Respublikası prezidentinin 16 sentyabr 1994-cü il tarixli 203 saylı fərmanı iləƏhmədov Mübariz Əlizadə oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir. Sabirabad rayonunda büstü qoyulmuşdur. Allah bütün şəhidlərimizə rəhmət eləsin.
Jalə
10:50 / 04 Noyabr 2026
1
10:46 / 04 Noyabr 2026
25
10:39 / 04 Noyabr 2026
39
10:28 / 04 Noyabr 2026
58
10:26 / 04 Noyabr 2026
47
10:24 / 04 Noyabr 2026
92
10:16 / 04 Noyabr 2026
56
10:10 / 04 Noyabr 2026
108
10:03 / 04 Noyabr 2026
156
10:00 / 04 Noyabr 2026
74
09:54 / 04 Noyabr 2026
89
09:52 / 04 Noyabr 2026
64
09:43 / 04 Noyabr 2026
69
09:31 / 04 Noyabr 2026
80
09:30 / 04 Noyabr 2026
78
09:25 / 04 Noyabr 2026
70
09:22 / 04 Noyabr 2026
112
09:12 / 04 Noyabr 2026
96
09:05 / 04 Noyabr 2026
494
09:00 / 04 Noyabr 2026
116
08:58 / 04 Noyabr 2026
108
08:58 / 04 Noyabr 2026
901
08:47 / 04 Noyabr 2026
116
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.