10-a yaxın şəxs Bakıda məktəbə hücum edib:Xəsarət alan var
14 Oktyabr 2026, 22:31
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
259
24.09.2026, 20:49
Azərbaycanda su ehtiyatlarının azalması son illərdə daha çox diqqətçəkən və strateji əhəmiyyət kəsb edən ekoloji problemlərdən birinə çevrilib. Ölkəmizin coğrafi mövqeyi və məhdud su ehtiyatları bu sahədə mövcud olan həssaslığı daha da artırır. Məlumdur ki, Cənubi Qafqazın ümumi su ehtiyatlarının 62 faizi Gürcüstanın, 28 faizi Ermənistanın, 10 faizi isə yalnız Azərbaycanın payına düşür. Eyni zamanda, səth su ehtiyatlarımızın təxminən 70 faizi ölkə sərhədlərindən kənarda formalaşır və ərazimizə daxil olanda ciddi şəkildə çirklənmiş olur. Respublikanın ümumi su ehtiyatı 35 milyard kubmetr təşkil edir ki, bunun da 5 milyard kubmetrini yeraltı sular, 30 milyard kubmetrini isə çayların su ehtiyatları (onun 10 milyard kubmetri yerli daxili sılardır) əhatə edir.
Lakin qlobal iqlim dəyişikliyi, artan temperatur və sulardan səmərəsiz istifadə bu ehtiyatların sürətlə azalmasına səbəb olur. Xüsusilə kənd təsərrüfatında köhnəlmiş infrastruktur və səmərəsiz suvarma üsulları su böhranını dərinləşdirən əsas amillərdəndir.
Bu mühüm və həssas məsələ ilə bağlı Oxu24.com-a danışan ekoloq İlqar Xəlilov mövcud vəziyyəti dəyərləndirib və vacib açıqlamalar verib.
Ekoloq İlqar Xəlilov: "Çaylar iqlimin məhsuludur, su ehtiyatlarının idarə olunması isə təcili dəyişməlidir"
Mövzu ilə əlaqədar sualları cavablandıran mütəxəssis İlqar Xəlilov ölkədə su təhlükəsizliyinin təmin olunması istiqamətində əsas problemləri və onların həlli yollarını açıqlayıb:
“Azərbaycanın su problemləri coğrafi, iqlim, iqtisadi və idarəetmə amillərinin birləşməsindən qaynaqlanır. Ölkə ərazisinin geniş hissəsinin yarımsəhra və quru çöl iqliminə malik olması məhdud su ehtiyatları ilə birlikdə davamlı idarəetmədə ciddi çətinliklər yaradır”.
Onun sözlərinə görə, qlobal iqlim dəyişikliyi və yerin orta temperaturunun artması düşən yağıntının miqdarına, paylanmasına və növünə birbaşa təsir göstərir:
“Unutmamalıyıq ki, çaylar "iqlimin məhsuludur". Bundan əlavə, milli iqtisadiyyatımızın su ehtiyatlarından ən çox istifadə edən sahəsi olan kənd təsərrüfatında səmərəli olmayan suvarma üsullarının tətbiqi, eləcə də sənaye, nəqliyyat və məişət-kommunal təsərrüfatlarında sudan səmərəsiz istifadə ehtiyatların sürətlə tükənməsinə gətirib çıxarır. Şəhər su şəbəkələrinin köhnəlməsi də əhəmiyyətli dərəcədə su itkilərinə səbəb olur”.
Su qıtlığının dərinləşməsinin qarşısını almaq üçün hansı tədbirlər görülməlidir?
Ekoloq vurğulayıb ki, gələcəkdə su qıtlığı ilə üzləşməmək üçün ilk növbədə su idarəetmə sistemi köklü şəkildə təkmilləşdirilməlidir. Kənd təsərrüfatında müasir damcı suvarma sistemləri geniş tətbiq olunmalı, sənaye sahələrində qapalı dövriyyə su sistemi qurulmalı və suvarma kanalları betonlaşdırılmalıdır.
Eyni zamanda İlqar Xəlilov əlavə edib ki, çayların üzərində yeni su anbarlarının yaradılması, şəhərlərdə su infrastrukturunun və kanalizasiya sisteminin yenidən qurulması, təmizlənmiş suların suvarmada təkrar istifadəsi təmin edilməlidir. Alternativ mənbə kimi Xəzər dənizinin suyunun duzsuzlaşdırılması ist istifadəyə verilməsi də qarşıdakı dövrdə su təhlükəsizliyimizin qorunmasında mühüm rol oynaya bilər.
Çimnaz Telmanqızı
22:57 / 14 Oktyabr 2026
38
22:50 / 14 Oktyabr 2026
40
22:42 / 14 Oktyabr 2026
60
22:34 / 14 Oktyabr 2026
57
22:31 / 14 Oktyabr 2026
905
22:28 / 14 Oktyabr 2026
55
22:25 / 14 Oktyabr 2026
69
22:18 / 14 Oktyabr 2026
65
22:13 / 14 Oktyabr 2026
67
22:00 / 14 Oktyabr 2026
67
21:46 / 14 Oktyabr 2026
79
21:38 / 14 Oktyabr 2026
257
21:38 / 14 Oktyabr 2026
81
21:34 / 14 Oktyabr 2026
85
21:28 / 14 Oktyabr 2026
80
21:25 / 14 Oktyabr 2026
69
21:19 / 14 Oktyabr 2026
71
21:13 / 14 Oktyabr 2026
75
20:56 / 14 Oktyabr 2026
69
20:55 / 14 Oktyabr 2026
93
20:50 / 14 Oktyabr 2026
424
20:47 / 14 Oktyabr 2026
88
20:44 / 14 Oktyabr 2026
66
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.