"TikTok"da qlobal problemlər yaşanır
25 Noyabr 2026, 00:17
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
577
24.09.2026, 23:01
El-Nino hadisəsinin təsiri ilə qlobal temperaturun yüksəlməsi fevraladək dünyada təxminən 450 min əlavə ölümə səbəb ola bilər. Tədqiqatçıların hesablamalarına görə, insanların həddindən artıq istidən qorunması üçün tədbirlər görülməzsə, bu risk arta bilər.
Oxu24.com xarici mediaya istinadla xəbər verir ki, Çikaqo Universitetinin İqlim Təsirləri Laboratoriyasının hesabatına əsasən bu barədə məlumat yayılıb.
Hansı ölkələr daha çox risk altındadır?
İqlimşünasların qiymətləndirməsinə görə, qarşıdakı altı ayda ən böyük təsir Cənub yarımkürəsində hiss oluna bilər. Burada temperatur artımı yaz və yay aylarına təsadüf edəcək.
El-Ninonun Şimal yarımkürəsində yazadək davam edəcəyi proqnozlaşdırıldığından, fevraldan sonra bu bölgələrdə də həddindən artıq isti ilə əlaqəli ölüm hallarının artması ehtimal olunur.
“Rhodium Group”un nümayəndəsi Emili Qrover-Kopek bildirib ki, yüksək ölüm göstəriciləri tədricən şimala doğru yayıla bilər. Onun sözlərinə görə, Hindistan və Pakistan xüsusilə həssas ölkələr sırasındadır.
Proqnoz necə hesablanıb?
450 min əlavə ölüm ehtimalı havanın temperaturu ilə ölüm göstəriciləri arasında müşahidə olunan əlaqə əsasında hesablanıb. Tədqiqatçılar həm həddindən artıq istinin, həm də güclü soyuğun ölüm hallarını artıra bildiyini nəzərə alıblar.
Bununla belə, təsirin miqyası bölgələrə görə dəyişir. Əhalinin və infrastrukturun yüksək temperatura uyğunlaşması, eləcə də insanların kondisionerlərdən istifadə imkanları nəticələrə təsir göstərir.
Oxşar yanaşmadan əvvəllər Avropadakı isti dalğalarının nəticələrini qiymətləndirmək üçün də istifadə olunub. Məqalədə istinad edilən araşdırmalardan birinə görə, iyun ayında yaşanan isti dalğası Avropada təxminən 20 min ölümlə əlaqəli ola bilər.
Ölkələr əvvəlcədən hazırlaşmalıdır
Qrover-Kopek vurğulayıb ki, proqnozun məqsədi dövlətlərin ekstremal istilərə vaxtında hazırlaşmasına və resurslarını düzgün bölüşdürməsinə kömək etməkdir.
Təklif olunan tədbirlər arasında həssas qrupların vəziyyətinin tibb işçiləri tərəfindən yoxlanılması, əhalinin kifayət qədər içməli su ilə təmin edilməsi və sərinlənmə imkanlarının artırılması yer alır.
Fəsadlar yalnız istilərlə məhdudlaşmır
Hesabatda yalnız temperatur artımı ilə birbaşa əlaqəli ölüm halları nəzərə alınıb. Halbuki El-Nino meşə yanğınları, daşqınlar və yoluxucu xəstəliklərin yayılması kimi digər risklərə də təsir göstərə bilər.
Məqalədə İndoneziyada meşə yanğınları, Cənubi Amerikada yoluxucu xəstəliklər və ABŞ-nin qərbində daşqınlar mümkün təhlükələr sırasında göstərilir. Bu səbəbdən hadisənin ümumi təsirinin hesablamalarda göstəriləndən daha ağır ola biləcəyi bildirilir.
El-Nino Sakit okeanın tropik qurşağının mərkəzi və şərq hissələrində səth sularının normadan artıq isinməsi ilə xarakterizə olunan təbii iqlim hadisəsidir. Güclü El-Nino Amazon bölgəsində quraqlığı dərinləşdirə və genişmiqyaslı meşə yanğınları riskini artıra bilər.
10:25 / 25 Noyabr 2026
25
10:24 / 25 Noyabr 2026
24
10:15 / 25 Noyabr 2026
65
10:05 / 25 Noyabr 2026
76
09:55 / 25 Noyabr 2026
90
09:50 / 25 Noyabr 2026
165
09:30 / 25 Noyabr 2026
605
09:30 / 25 Noyabr 2026
113
09:26 / 25 Noyabr 2026
118
09:25 / 25 Noyabr 2026
105
09:21 / 25 Noyabr 2026
116
09:00 / 25 Noyabr 2026
111
00:31 / 25 Noyabr 2026
181
00:17 / 25 Noyabr 2026
181
23:55 / 24 Noyabr 2026
205
23:48 / 24 Noyabr 2026
198
23:34 / 24 Noyabr 2026
190
23:33 / 24 Noyabr 2026
286
23:28 / 24 Noyabr 2026
202
23:22 / 24 Noyabr 2026
196
23:15 / 24 Noyabr 2026
183
23:03 / 24 Noyabr 2026
352
23:00 / 24 Noyabr 2026
407
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.