Xankəndidə ilk dəfə kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib
02 Noyabr 2026, 18:33
Qaynar xətt:
(+99450) 247 90 86
QARABAĞ
334
24.09.2026, 19:50
Xankəndi Mədəniyyət Mərkəzində Qarabağ Universitetinin İncəsənət fakültəsinin müəllim və tələbələrinin iştirakı ilə konsert proqramı təqdim olunub.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Oxu24.com-a verilən məlumata görə, tədbirdə Azərbaycan musiqi mədəniyyətinin müxtəlif janrlarını əhatə edən repertuar nümayiş etdirilib.
Bildirilib ki, konsert proqramı Aslan Muradoğlu və saz sinfinin tələbələrinin ifasında "Ovşarı" aşıq havası ilə başlayıb.
Ardınca Teyyub Dəmirovun Aydın Əliyevin işləməsində "Yeni rəqs" əsəri Aydın Əliyev və tələbələrinin ifasında səsləndirilib.
Proqramda həmçinin Adil Bəbirovun "Bənövşə", Hacıbaba Həsənovun "Yağma yağış", "Çahargah" kompozisiyası və "Şur rəngi" təqdim olunub. Konsertin əsas hissələrindən birini xanəndəlik və muğam ifaları təşkil edib.
Tədbirdə Xan Şuşinskinin "Şuşanın dağları" mahnısı Səbinə Ərəbli və tələbələrinin ifasında, Hüseynağa Səmədovun (tar), Xalq artisti Elşən Mansurovun (kamança) və İlqar Süleymanlının (nağara) müşayiəti ilə səsləndirilib.
Proqram çərçivəsində Əməkdar artist Səbuhi İbayev və Səma Soltanovanın ifasında "Segah" təsnifi, Əməkdar artist Ehtiram Hüseynovun tələbələrinin ifasında "Şur" təsnifləri təqdim edilib.
Həmçinin "Qara xal yar" və "Qobustan" ritm kompozisiyaları tamaşaçılara çatdırılıb. Konsert Əməkdar artist Firuz Səxavətin ifasında "Bir sən idin ömrümün bəzəyi" adlı "Şur" təsnifi ilə yekunlaşıb.




11:39 / 04 Noyabr 2026
1
11:32 / 04 Noyabr 2026
31
11:25 / 04 Noyabr 2026
41
11:18 / 04 Noyabr 2026
167
11:14 / 04 Noyabr 2026
143
11:10 / 04 Noyabr 2026
54
11:06 / 04 Noyabr 2026
55
11:05 / 04 Noyabr 2026
48
11:03 / 04 Noyabr 2026
54
11:02 / 04 Noyabr 2026
67
10:50 / 04 Noyabr 2026
63
10:46 / 04 Noyabr 2026
509
10:39 / 04 Noyabr 2026
76
10:28 / 04 Noyabr 2026
88
10:26 / 04 Noyabr 2026
80
10:24 / 04 Noyabr 2026
171
10:16 / 04 Noyabr 2026
90
10:10 / 04 Noyabr 2026
138
10:03 / 04 Noyabr 2026
210
10:00 / 04 Noyabr 2026
105
09:54 / 04 Noyabr 2026
120
09:52 / 04 Noyabr 2026
90
09:43 / 04 Noyabr 2026
96
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.