Azərbaycanda sabiq prorektor vəfat etdi - FOTO
03 Avqust 2026, 20:07
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
106
03.08.2026, 18:38
Buraxılış və qəbul imtahanlarına qanunsuz texniki vasitələrin keçirilməsi ilə bağlı cinayət işi üzrə təqsirləndirilən Kamran Əsədov və Gündüz Abbasovla bağlı məhkəmə prosesi davam etdirilib.
Oxu24.com/az-un məlumatına görə, bu gün Gəncə Şəhər Məhkəməsində hakim Elçin Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Kamran Əsədov himayəsində 3 azyaşlı olduğunu vurğulayaraq ev dustaqlığına buraxılmasını xahiş edib.
Dövlət ittihamçısı bildirib ki, təqsirləndirilən şəxsin verdiyi vəsatət təmin olunmamalıdır.
DİM nümayəndəsi də Kamran Əsədovun vəsatətinin təmin edilməməsini istəyib.
Məhkəmə vəsatəti təmin etməyib.
Daha sonra əlavə şahidlər ifadə verib.
Şahidlərdən biri Namiq Huseynov deyib ki, Gündüz Abbasova bir nəfər vasitəsilə 77 min manat çatdırıb.
Təqsirləndirilən Gündüz Abbasov isə ona verilən pulları götürüb, başqasına verdiyini bildirib.
Prosesdə iştirak edən DİM nümayəndəsi vəsatət verərək deyib ki, bu işdə köməklik edən kimi adı keçən şəxslər hazırda müəllimlik fəaliyyəti ilə məşğul olurlar, onların barəsində tədbir görülməsi üçün Elm və Təhsil Nazirliyinə müraciət olunmalıdır.
Məhkəmənin növbəti iclası avqustun 13-nə təyin edilib.
Qeyd edək ki, Baş Prokurorluğun Mətbuat xidmətinin yaydığı məlumatda bildirilib ki, ali məktəblərə qəbul və buraxılış imtahanlarında iştirak etmiş şəxslərə imtahan qaydalarına zidd olaraq köməklik göstərilməsinə dair Dövlət İmtahan Mərkəzindən Dövlət Təhlükəsizliyi Xidmətinə daxil olmuş məlumatlar əsasında başlanmış cinayət işinin ibtidai istintaqı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində davam etdirilib.
İbtidai istintaqla fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan Abbasov Gündüz Yaşar oğlunun təşkil etdiyi hazırlıq kursunun abituriyent və şagirdlərinə ali məktəblərə qəbul və buraxılış imtahanlarının gedişində testləri cavablandırmağa kömək etmək məqsədilə gizli qaydada informasiya alınması üçün nəzərdə tutulan texniki vasitələri qanunsuz olaraq hazırlamasına, habelə Əsədov Kamran Alim oğlu ilə cinayət əlaqəsinə girməklə 3 nəfər və şəxsən 8 nəfər olmaqla, ümumilikdə 11 nəfərin üzərinə həmin texniki vasitələri quraşdırmaqla onlara köməklik göstərmələrinə əsaslı şübhələr müəyyən edilib.Bakıvaxtı.az
20:07 / 03 Avqust 2026
18
19:24 / 03 Avqust 2026
123
19:02 / 03 Avqust 2026
70
18:15 / 03 Avqust 2026
65
17:59 / 03 Avqust 2026
89
17:45 / 03 Avqust 2026
98
17:30 / 03 Avqust 2026
87
17:15 / 03 Avqust 2026
119
17:10 / 03 Avqust 2026
97
16:48 / 03 Avqust 2026
248
16:42 / 03 Avqust 2026
117
16:18 / 03 Avqust 2026
159
15:55 / 03 Avqust 2026
111
15:40 / 03 Avqust 2026
128
15:36 / 03 Avqust 2026
100
15:31 / 03 Avqust 2026
299
15:24 / 03 Avqust 2026
125
15:16 / 03 Avqust 2026
159
15:00 / 03 Avqust 2026
107
14:36 / 03 Avqust 2026
169
14:30 / 03 Avqust 2026
107
14:24 / 03 Avqust 2026
101
14:22 / 03 Avqust 2026
111
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.