Pensiyalarla bağlı mühüm: Yaş və ödənişlər dəyişir?
24 Oktyabr 2026, 12:13
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
260
03.08.2026, 17:59
Bu ilin iyul ayında Bakı və Abşeron yarımadasında havanın temperaturu iqlim norması ilə müqayisədə 27 gün normadan yuxarı (0–6 dərəcə), 2 gün normadan aşağı, 2 gün isə norma daxilində olub.
Bu barədə Milli Hidrometeorologiya Xidmətinin rəsmisi Gülnarə Abbasova bildirilib.
Bildirilib ki, orta aylıq temperatur 28 dərəcə isti olub ki, bu da iqlim normasından 1 dərəcə yuxarıdır.
Onun sözlərinə görə, Bakı və Abşeron yarımadasında iyul ayında maksimal temperatur iyulun 26-da 40 dərəcə isti (Sumqayıt), bölgələrdə isə həmin gün 41 dərəcə isti (Ordubad) qeydə alınıb. Havanın minimal temperaturu Bakı və Abşeron yarımadasında iyulun 3 və 9-da 20 dərəcə isti (Maştağa və Sumqayıt), yüksək dağlıq ərazilərdə isə iyulun 2-də 4 dərəcə isti (Şahdağ) olub.
"İyul ayının bəzi günlərində hava şəraiti fasilələrlə yağıntılı keçib, şimşək çaxıb, dolu düşüb. Bəzi yerlərdə yağıntılar intensiv və güclü olub. Ən çox yağıntı bölgələr üzrə aylıq normanın 324 faizi olmaqla Balakən-Şəki zonasına (Balakən – 250 mm), aylıq normanın 236 faizi olmaqla Mərkəzi Aran zonasına (Mingəçevir – 47 mm), aylıq normanın 144 faizi olmaqla Lənkəran-Astara zonasına (Lənkəran – 20 mm) və aylıq normanın 125 faizi olmaqla Bakı və Abşeron yarımadasına (Bakı – 3 mm) düşüb", - məlumatda qeyd olunub.
G.Abbasova bildirib ki, iyul ayı ərzində Laçın rayonunun Şəlvə, Qovuşuq və Vəlibəyli kəndlərində, Şuşa şəhərində və Kəlbəcər rayonunun İstisu qəsəbəsində dolu müşahidə olunub. Ən iri dolu Kəlbəcər rayonunun İstisu qəsəbəsində qeydə alınıb və diametri 8–12 mm təşkil edib:
"İyul ayının bəzi günlərində küləkli hava şəraiti ilə əlaqədar 10 sarı və narıncı xəbərdarlıq verilib. Bakı və Abşeron yarımadasında 9 gün, bölgələrdə isə 21 gün küləkli hava şəraiti müşahidə olunub. Küləyin maksimal sürəti iyulun 27-də Bakı və Abşeron yarımadasında 28 m/s, bölgələrdə isə 23 m/s-ə çatıb".
12:29 / 24 Oktyabr 2026
43
12:24 / 24 Oktyabr 2026
70
12:15 / 24 Oktyabr 2026
47
12:13 / 24 Oktyabr 2026
87
12:06 / 24 Oktyabr 2026
324
11:49 / 24 Oktyabr 2026
735
11:42 / 24 Oktyabr 2026
301
11:38 / 24 Oktyabr 2026
85
11:34 / 24 Oktyabr 2026
70
11:29 / 24 Oktyabr 2026
74
10:49 / 24 Oktyabr 2026
2370
10:45 / 24 Oktyabr 2026
84
10:44 / 24 Oktyabr 2026
88
10:42 / 24 Oktyabr 2026
75
10:41 / 24 Oktyabr 2026
164
10:38 / 24 Oktyabr 2026
85
10:00 / 24 Oktyabr 2026
93
01:32 / 24 Oktyabr 2026
120
23:56 / 23 Oktyabr 2026
102
23:54 / 23 Oktyabr 2026
97
23:51 / 23 Oktyabr 2026
89
23:48 / 23 Oktyabr 2026
94
23:44 / 23 Oktyabr 2026
115
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.