Maaş və pensiyalar nə qədər artacaq? – Deputatdan YENİ SOSİAL PAKET açıqlaması
03 Oktyabr 2026, 11:19
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
565
03.08.2026, 19:24
Tibb hüququ mülki hüququn bir hissəsini təşkil edir. Azərbaycanda isə demək olar yeni təkmilləşməkdə olan bir hüquq sahəsidir. Tibb hüququnda aktual müzakirə mövzusu kimi Həkim səhvi ilə tibbi riski qeyd etmək olar. Bu halda isə ilkin olaraq hər iki anlayışı bir birindən fərqləndirməliyik.
Bu sözləri Oxu24.com-a açılmasında INCI CLINIC-in Hüquqşünası Hülya Nəsirova-İbrahimova bildirib
Hüquqşünasın sözlərinə görə, həkimin vəzifəsi mütləq sağaltmaq deyil, çünki bütün xəstəliklərdə müsbət nəticə əldə edilməsi mümkünsüzdür. Həkim ilkin olaraq tibbi elmə, klinik protokollara və peşə standartlarına uyğun xidmət göstərməldir. Hər sahədə olduğu kimi tibbdə də nəticəyə tam zəmanət vermək mümkün deyil. Eyni diaqnoza malik iki pasiyentdə eyni müalicə fərqli nəticə verə bilər. Məhz buna görə hüquq nəzəriyyəsində “tibbi risk” anlayışı mövcuddur.Tibbi risk dedikdə — bütün tibbi standartlara əməl edilməsinə baxmayaraq, tibbi müdaxilənin təbiətindən irəli gələn və əvvəlcədən tam qarşısı alına bilməyən ağırlaşma və ya arzuolunmaz nəticədir.
Mütəxəsis vurğulayıb ki, əgər həkim bütün peşə standartlarına riayət edib, pasiyenti risklər barədə şifahi və yazılı məlumatlandırıb və müdaxilə düzgün icra olunubsa, baş vermiş ağırlaşma avtomatik olaraq hüquqi məsuliyyət yaratmır. Məlumatlandırılmış razılıqda əsas faktor imza deyil, şüurlu iradənin ifadəsidir. Təcrübədə tez-tez rast gəlinən problemlərdən biri məlumatlandırılmış razılıq sənədlərinin yalnız formal prosedur kimi qəbul edilməsidir. Bir çox hallarda pasiyentə standart forma təqdim edilir və ondan sənədi qısa müddətdə imzalaması xahiş olunur. Məlumatlandırılmış razılığın hüquqi qüvvəyə malik olması üçün pasiyentə onun başa düşə biləcəyi dildə və formada diaqnoz və sağlamlıq vəziyyəti, təklif olunan tibbi müdaxilənin məqsədi və mahiyyəti, müalicədən və ya müdaxilədən imtina edilməsinin mümkün nəticələri, mümkün risklər və ağırlaşmalar, gözlənilən nəticələr ətraflı izah edilməlidir: Pasiyentə sual vermək, düşünmək və sərbəst qərar vermək üçün real imkan yaradılmalıdır. Yalnız bundan sonra verilən razılıq məlumatlandırılmış və könüllü razılıq hesab edilə bilər.
Bəs həkimin hərəkət (və ya hərəkətsizliyi) nəticəsində yaranan səhv nədir? sualına isə hüquqşünas vurğulayıb ki, bu həkimin peşə standartlarından kənara çıxması nəticəsində pasiyentə zərər vurmasıdır:”Belə ki yanlış diaqnoz, gecikmiş diaqnoz, səhv müalicə üsulunun seçilməsi və tətbiqi, protokolların pozulması, tibbi sənədlərin qeydiyyatının düzgün aparılmaması, məlumatlandırılmış yazılı və şifahi razılıq alınmadan müdaxilə edilməsini misal çəkmək olar. Bu hallarda artıq hüquqi məsuliyyət yarana bilər.” deyə bildirib.
Hüquqşünas vurğulayıb ki, praktikasında hər arzuolunmaz tibbi nəticənin həkim səhvi olmadığı qəbul edilir. Azərbaycan praktikasında isə pasiyentlər çox vaxt tibbi risk ilə tibbi səhvi eyniləşdirir. Çünki bəzi tibb müəssisələrində tibbi sənədləşmənin natamam aparılması, məlumatlandırılmış razılıq prosesinin formal xarakter daşıması və standartların fərqli tətbiqi hüquqi mübahisələri daha da çətinləşdirir. Məlumatlandırılmış razılığın vahid standartının olmaması da uzun müddətdir ki, problemdir.
H.Nəsirova-İbrahimova sonda bildirib ki, tibb hüququnun məqsədi həkimi hər uğursuz nəticəyə görə cəzalandırmaq deyil. Onun sözlərinə görə, əsas məqsəd peşə səhlənkarlığını qaçılmaz tibbi riskdən ayırmaq, həm pasiyentin hüquqlarını, həm də vicdanla fəaliyyət göstərən həkimin peşə müstəqilliyini eyni dərəcədə qorumaqdır.
11:24 / 03 Oktyabr 2026
13
11:19 / 03 Oktyabr 2026
19
11:14 / 03 Oktyabr 2026
25
11:10 / 03 Oktyabr 2026
23
11:07 / 03 Oktyabr 2026
33
10:59 / 03 Oktyabr 2026
34
10:55 / 03 Oktyabr 2026
41
10:50 / 03 Oktyabr 2026
46
10:34 / 03 Oktyabr 2026
56
10:30 / 03 Oktyabr 2026
52
10:26 / 03 Oktyabr 2026
358
10:20 / 03 Oktyabr 2026
185
10:18 / 03 Oktyabr 2026
52
10:13 / 03 Oktyabr 2026
346
10:11 / 03 Oktyabr 2026
52
10:07 / 03 Oktyabr 2026
55
09:45 / 03 Oktyabr 2026
60
09:18 / 03 Oktyabr 2026
152
09:15 / 03 Oktyabr 2026
74
09:13 / 03 Oktyabr 2026
58
08:28 / 03 Oktyabr 2026
229
00:24 / 03 Oktyabr 2026
152
23:52 / 02 Oktyabr 2026
126
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.