Xocavənddə mina partlayışında xəsarət alanların SON DURUMU
12 Avqust 2026, 22:04
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
9677
24.05.2026, 00:17
Məlum olduğu kimi,Azərbaycanda bir sıra şəxslərə dövlət tərəfindən pulsuz mənzillər verilir.
Bu,dövlətin vətəndaşına göstərdiyi növbəti qayğılardan biridir.
Bəs,bu imtiyazdan kimlər istifadə ediə bilər?
Oxu24.com xəbər verir ki,göstərilən sərəncamlarla əhatə olunan imtiyazlı şəxslər aşağıdakılardır:
2023-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri;
Uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər;
Oxu: Uşağı hazırlığa gedən valideynlərə PİS XƏBƏR: Yeni şərt nələri DƏYİŞƏCƏK?
Yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və 2020-ci ildə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri;
Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş şəxslər, eləcə də ölümündən sonra həmin ad verilmiş şəxslərin ailə üzvləri;
16 avqust 2021-ci il tarixə kimi uçota alınmış gözdən əlilliyi olan şəxslər və uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunları.
İmtiyazlı şəxslərin sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün tələb olunan sənədlər aşağıdakılardır:
Ailə üzvü olan hər bir şəxsin şəxsiyyət vəsiqəsinin surətləri;
18 yaşından yuxarı hər bir ailə üzvü üçün mülkiyyətlərində daşınmaz əmlakın olub-olmaması barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən arayış;
18 yaşından yuxarı hər bir ailə üzvü üçün qeydiyyat ünvanları üzrə bələdiyyədən arayış;
mənzil növbəsində olması haqqında müvafiq yerli icra hakimiyyəti orqanının sərəncamının surəti;
əlilliyini təsdiq edən müvafiq sənədin və ya şəhid ailə üzvü vəsiqəsinin surəti;
Qeydiyyatda olduğu ünvandan arayış (Forma-2, evin kimə məxsus olması barədə sənədin surəti);
faktiki yaşayış yerindən arayış (evin kimə məxsus olması barədə sənədin surəti);
ailə vəziyyəti ilə bağlı digər sənədlər.
Yuxarıda göstərilən imtiyazlı şəxslər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mövcud qanunvericiliyə uyğun olaraq və ailə tərkibi nəzərə alınmaqla növbəlilik qaydasında mənzil və ya fərdi evlə təmin edilirlər.
22:50 / 12 Avqust 2026
1
22:15 / 12 Avqust 2026
45
22:04 / 12 Avqust 2026
55
21:53 / 12 Avqust 2026
65
21:19 / 12 Avqust 2026
94
21:12 / 12 Avqust 2026
71
21:02 / 12 Avqust 2026
76
21:00 / 12 Avqust 2026
468
20:44 / 12 Avqust 2026
61
20:33 / 12 Avqust 2026
427
20:19 / 12 Avqust 2026
85
20:18 / 12 Avqust 2026
310
20:16 / 12 Avqust 2026
66
20:14 / 12 Avqust 2026
73
19:45 / 12 Avqust 2026
71
19:40 / 12 Avqust 2026
80
19:15 / 12 Avqust 2026
80
19:05 / 12 Avqust 2026
1329
19:00 / 12 Avqust 2026
83
18:55 / 12 Avqust 2026
74
18:29 / 12 Avqust 2026
216
18:27 / 12 Avqust 2026
77
18:12 / 12 Avqust 2026
88
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.