Bakıda mühüm dəyişiklik OLACAQ: Ekspert AÇIQLADI
11 Noyabr 2026, 13:58
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
826
23.05.2026, 23:14
SAT imtahanlarında saxtakarlıq hallarına yol verildiyi iddia olunur.
Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadə müsahibələrinin birində bu növ halların mövcudluğunu təsdiqləyib. Xanım sədr bildirib ki, DİM tərəfindən keçirilən qəbul imtahanlarında 20-30 bal toplaya bilməyən abituriyentlər beynəlxalq SAT imtahanında maksimum nəticə göstərirlər.
Qurum rəhbərinin sözlərinə görə, bu cür kəskin fərq real ola bilməz. Çünki SAT imtahanının riyaziyyat bloku daha mürəkkəbdir və yerli imtahanlarda minimum nəticə göstərənlərin bu sınaqdan ən yüksək bal alması normal görünmür.
Oxu24.com xəbər verir ki, təhsil eksperti Elçin Əfəndi də Baku TV-yə açıqlamasında mövzu ilə bağlı ciddi məqamlara toxunub. O bildirib ki, bəzi şəxslər imtahan suallarını qanunsuz yollarla əldə edirlər:
“Biz dəfələrlə müşahidə etmişik ki, eyni imtahan sualları yaxın region ölkələrində fərqli tarixlərdə keçirilərkən, prosesin təşkilində iştirak edən şəxslər və ya digər vasitəçilər tərəfindən öncədən satılır. Bəzi hallarda Azərbaycan vətəndaşlarının qəsdən qonşu ölkələrdə təşkil olunan SAT imtahanlarına yönləndirildiklərini və ya orada imtahan verməkdə maraqlı olduqlarını görürük. Bu da ondan xəbər verir ki, həmin şəxslər suallarla öncədən tanışdırlar.
Məsələn, 2024 və 2025-ci illərdə qonşu Gürcüstanda təşkil edilən SAT imtahanlarının nəticələri rəsmi olaraq tanınmadı. Məlum oldu ki, buna səbəb imtahan suallarının sızdırılması olub”, – deyə ekspert qeyd edib.Axar.az
14:26 / 11 Noyabr 2026
19
14:13 / 11 Noyabr 2026
137
13:58 / 11 Noyabr 2026
99
13:54 / 11 Noyabr 2026
373
13:48 / 11 Noyabr 2026
107
13:44 / 11 Noyabr 2026
138
13:41 / 11 Noyabr 2026
80
13:33 / 11 Noyabr 2026
203
13:27 / 11 Noyabr 2026
123
13:19 / 11 Noyabr 2026
84
13:13 / 11 Noyabr 2026
92
12:57 / 11 Noyabr 2026
147
12:54 / 11 Noyabr 2026
150
12:48 / 11 Noyabr 2026
113
12:44 / 11 Noyabr 2026
167
12:35 / 11 Noyabr 2026
284
12:32 / 11 Noyabr 2026
118
12:29 / 11 Noyabr 2026
100
12:24 / 11 Noyabr 2026
794
12:19 / 11 Noyabr 2026
578
12:15 / 11 Noyabr 2026
116
12:09 / 11 Noyabr 2026
106
11:57 / 11 Noyabr 2026
816
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.